Çevriliş cəhdi Türkiyədə xarici sərmayəçilərin fəaliyyətini dayandırmadı

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY)  iyulun15-dəki dövlət çevrilişi təşəbbüsü Türkiyədə xarici sərmayəçinin ən intensiv fəaliyyət göstərdiyi Egey Sərbəst Bölgəsindəki sərmayələrini dayandıra bilmədi.

541085
Çevriliş cəhdi Türkiyədə xarici sərmayəçilərin fəaliyyətini dayandırmadı

 Böyük əksəriyyəti xarici sərmayə ilə yaradılan 72 müəssisənin istehsala davam etdiyi Egey Sərbəst Bölgəsi Qurucu və İcarədar Şirkətinin (ESBAŞ) İcra Heyətinin sədri Faruk Gülər dünyanın aparıcı firmalarının birbaşa investisiya portfoliosunda Türkiyənin ön sıralarda olduğunu qeyd etdi. 
 
 Gülər Türkiyənin maddi-texniki üstünlüyü, dinamik iqtisadiyyatı, yüksək səviyyəli iş gücü və sabit iqtisadiyyatı ilə ilk yerdlərə olmağa davam etdiyini, Egey Sərbəst Bölgəsinin də əcnəbilərin ən çox maraq göstərdiyi investisiya bölgələrindən biri olduğunu bildirdi, bölgədəki xarici firmaların istehsala əsaslanan, uzunmüddətli investisiya qoyan şirkətlər olduğuna diqqəti çəkdi.
 
 O,:" Bu şirkətlər Türkiyənin iş gücünə, təcrübəsinə və potensialına etibar edən sərmayəçilərdir" deyərək region investorunun qısa müddətli hadisələrdən təsirlənən, hadisələrə mənfi baxan qruplardan ibarət olmadığına işarə etdi.
 
 Çevriliş cəhdindən sonra sərmayələrində geri addım atan  bir firma olmadığı kimi, "yeni sərmayə qoyacağıq, boş yeriniz varmı, şərtlər nədir" deyərək gələn investorların olduğunu bildirən Faruq Gülər, bunların Avropa və Yaponiyaymərkəzli, dünyada avtomobil və enerji sahəsində ciddi sərmayələri olan şirkətlər olduğunu vurğuladı.

ESBAŞ sədri Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin(FETÖ/PDY) dövlət çevrilişi cəhdinin Türk iş dünyasındakı bütün sistemi alt -üst edə biləcək bir təşəbbüs olduğunu, ancaq Türk xalqının cəsarəti ilə dəf edildiyini  qeyd etdi.



Әlaqәli Xәbәrlәr