Türkiyənin Avropa İttifaqı naziri quruma üzv ölkə və təşkilatları tənqid edib

Avropa İttifaqı naziri və başməsləhətçisi Ömər Çelik quruma üzv ölkə və təşkilatları tənqid edib.

539982
Türkiyənin Avropa İttifaqı naziri quruma üzv ölkə və təşkilatları tənqid edib

Avropa İttifaqı naziri və başməsləhətçisi Ömər Çelik quruma üzv ölkə və təşkilatları tənqid edib. O, deyib ki, indiyədək Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) Türkiyədə çevirilişə cəhdinə dair dəstək və ya həqiqəti əks etdirən hər hansı bir açıqlama gəlməyib.

Avropa İttifaqının hazırki sədri, Slovakyanın Ankaradakı səfiri Anna Turenikovanın rəhbərliyi ilə keçirilən toplantıda quruma üzv ölkələrin səfirləri, eyni zamanda Ömər Çelik də iştirak edib.

Ömər Çelik sosial mediada yazısında toplantı barədə məlumat verib. 15 iyul çevirilişə cəhddən sonra Türkiyədə vəziyyəti müzakirə etdiklərini bildirib. Avropa İttifaqı naziri çıxışında indiyədək Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) Türkiyədə çevirilişə cəhdinə dair dəstək və ya həqiqəti əks etdirən hər hansı bir açıqlama gəlmədiyinə görə quruma üzv ölkə və təşkilatlara narazılıqlarını çatdırdıqlarını da qeyd edib.



Әlaqәli Xәbәrlәr