TBMM Beynəlxalq Məşğulluq Qanunu layihəsini qəbul edib

Türkiyə Böyük Millət Məclisinin ümumi toplantısında qəbul edilən layihədə xarici vətəndaşların Türkiyədə işlə təmin edilməsinə dair əhəmiyyətli tənzimləmələr yer alır.

540208
TBMM Beynəlxalq Məşğulluq Qanunu layihəsini qəbul edib

Türkiyə Böyük Millət Məclisinin ümumi toplantısında qəbul edilən layihədə xarici vətəndaşların Türkiyədə işlə təmin edilməsinə dair əhəmiyyətli tənzimləmələr yer alır. Qanuna görə artıq səhiyyə və təhsil xidmətlərində çalışacaq xaricilərin icazəyə dair hər hansı bir şikayətlərinə baxılacaq. Bundan abaşqa əcnəbi vətəndaşlar iş icazəsi olmadan da Türkiyədə çalışa və ya çalışdırılmaya bilər. Məzuniyyətdə olan xarici vətəndaşlar 6 ay ərzində Türkiyəyə dönmək məcburiyyətindədirlər. Bu müddətdə Türkiyəyə dönməyənlərin iş icazəsi ləğv ediləcək.

Türkiyədə uzun müddətə oturma izni və ya ən azı 8 il çalışma izni olan xarici vətəndaşlar müddətsiz iş icazəsinə dair də müraciət edə bilər. Müddətsiz çalışma izni olan əcnəbilər Türkiyə vətəndaşığına qəbul hüquqlarından istifadə edir.

Türkiyəyə işiylə hər hansı bir müsbət xidməti ola bilən, müraciəti ölkə qanunlarına uyğun gələn xaricilərə “Turkuaz Kart” veriləcək. Kart ilk 3 ili müddətinə müvəqqəti olaraq veriləcək. Kart sahibi qanunla müddətsiz iş icazənin təmin etdiyi hüquqlardan yararlana bilər.

Bundan başqa Türkiyədə universitetlərdə təhsil alan xarici tələbələr də çalışma izni almaq şərti ilə fəaliyyət göstərə biləcək. Bakalavr və magistratura üzrə təhsil alan tələbələr 2-ci kursu bitirdikdən sonra çalışma izninə dair müraciət edə biləcəklər.

Çalışma izni olmadan işə götürülən əcnəbi 2400 TL, özəl fəaliyyət göstərən əcnəbi vətəndaş isə 4800 TL müqabilində pul cəzası ödəməlidir. İşəgötürən və ya işverənin vəkilinə isə hər bir xarici vətəndaş görə 6000 TL inzibati pul cəzası təyin olunub.



Әlaqәli Xәbәrlәr