Milli iradə Türkiyə Böyük Millət Məclisinə aiddir: İ.Kahraman

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahramanın rəhbərlik etdiyi nümayəndə heyəti Gölbaşı Polis Özel Hərakatının İdarəsində olub.

539958
Milli iradə Türkiyə Böyük Millət Məclisinə aiddir: İ.Kahraman

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahramanın rəhbərlik etdiyi nümayəndə heyəti Gölbaşı Polis Özel Hərakatının İdarəsində olub. Məclis sədri çıxışında çevirilişə cəhd zamanı həyatını itirən şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa dilədiklərini bildirib.

İsmayıl Kahraman deyib ki, həmin gecə fəlakət idi, lakin qarşısı alındı. Bu isə vətənpərvər polislərimizin fədakarlığı sayəsində baş tutudu. Ona görə də hər birimiz polislərimizə minnətdarıq.

Türkiyə Böyük Millət Məclisinin sədri ölkənin daha da inkişafı naminə görülən işlərin və xalqın birliyinin davam edəcəyini vurğulayıb.

Milli iradənin hər hansı bir silahlı gücə, şəxsə və ya zümrəyə deyil, Türkiyə Böyük Millət Məclisinə aid olduğunu bildirən İsmayıl Kahraman əlavə edib ki, Türkiyə xalqı çevirilişə cəhdin qarşısını aldı. Əlinə silah alanlar əslində anlamalı idilər ki, ölkənin demokratiyasına zərbə vuracaqdılar.



Әlaqәli Xәbәrlәr