M.Çavuşoğlu:''TSQ-dәki ‘‘tәmizlәmә’’ prosesinin DEAŞ ilә mübarizәyә müsbәt tәsiri olacaq''

Türkiyәnin  Xarici İşlәr naziri  Mövlud Çavuşoğlu Türk Silahlı Qüvvәlәrindәki  ‘‘tәmizlәmә’’ prosesinin   terror təşkilatı DEAŞ ilə mübarizəni  daha etibarlı, təmiz və təsirli hala gətirəcəyini bildirib.

540377
M.Çavuşoğlu:''TSQ-dәki ‘‘tәmizlәmә’’ prosesinin  DEAŞ ilә mübarizәyә müsbәt tәsiri olacaq''

 M.Çavuşoğlu  Amerikalı hərbi rəsmilərin "Türk ordusundaki tәmizlәmә prosesinin  DEAŞ ilə mübarizəyə zərər verəcək’’  istiqamətindəki açıqlamasını uğursuz olaraq  qiymətləndirib.

 Məsələ ilə bağlı yazılı açıqlama verən Xarici İşlər naziri: ‘‘Türkiyәnin  DEAŞ,PKK vә digәr tәşkilatlarla  mübarizә mәsәlәsindә hәrbi gücünü sadәcә tәmizlәnәnlәrlә mәhdud tutmaq pis niyyәt yoxdursa, o zaman cahillik  vә savadsızlıqdan  qaynaqlanır’’  deyә bildirib.

 Aspen Təhlükəsizlik Forumunda çıxış edәn  Amerika Birləşmiş Ştatları   Mərkəzi Qüvvələr Komandanı  Cozef  Votel  Türkiyədә hәyata keçirilәn  uğursuz  çevrilişi cəhdinin  DEAŞ ilə mübarizədə uzunmüddətli təsirləri ola biləcəyinə dair narahatlığını  dilə gətirmişdi.

 ABŞ Milli Kəşfiyyat İdarәsinin direktoru Ceyms Clepper  dә  Türk Silahlı Qüvvələrindən  iyulun 15-dә  hәyata keçirilәn çevriliş  cəhdində rolu olan  çox sayda  rәhbәrin vәzifәdәn  uzaqlaşdırıldığını  ifadә edәrәk  bunun DEAŞ ilə mübarizədə Türk-Amerika əməkdaşlığına  mane ola biləcəyini irəli sürmüşdü.



Әlaqәli Xәbәrlәr