İndoneziyada, FETO-ya aid olan fǝaliyyǝt dairǝlǝrinin siyahısı açıqlanıb

İndoneziyada, Fetullahçı terror tǝşkilatınına aid fǝaliyyǝt dairǝlǝri ifşa edilib.

540337
İndoneziyada,  FETO-ya aid olan fǝaliyyǝt dairǝlǝrinin siyahısı açıqlanıb

Türkiyənin Cakarta səfirliyinin rǝsmi internet saytında ǝks edǝn mǝlumata görǝ, sǝfirlik, İndoneziyadakı Fetullahci Terror Təşkilatına Paralel Dövlǝt İdarǝçiliyi (feto-PDY)-yǝ mǝxsus fǝaliyyǝt dairǝlǝrini ifşa edib vǝ hökumətdən bu müǝssisǝlǝrin fǝaliyyǝtlǝrinin dayandırılmasını istǝyib.

15 İyul çevriliş cǝhdinin arxasında Fətullah Gülənin rǝhbǝrliyindǝki feto-PDY-nin olduğu ifadǝ edilǝn açıqlamada, çevriliş cǝhdinin uğursuzluqla nǝticǝlǝndiyi xatırladılıb vǝ Türkiyədə demokratiyanın ǝbǝdiyyǝtǝ dǝk qorunacağı, Türk hökumətinin, Fetullahçı terror tǝşkilatının mǝhv edilmǝsi uğrunda lazımlı addımları atacağı vurğulanıb.

Çevriliş cǝhdinin arxasında Gülənin liderliyindəki terror təşkilatının olduğu, Fətullah Gülənin  gerçǝk  üzünün ifşa olduğu, İndoneziyalı rǝsmilǝrin bu terror təşkilatının fəaliyyətlərinin dayandırılması mövzusunda dǝfǝlǝrlǝ xəbərdarlıq edildiyi ifadǝ edilǝn açıqlamada "Somali, Azərbaycan, İordaniya və Nigerdə‘​​feto-PDY’ terror təşkilatına aid fǝaliyyǝt dairǝlǝri bağlandı. Bu çǝrçivǝdǝ İndoneziyanın da feto-PDY terror təşkilatına qarşı etdiyimiz mübarizǝyǝ dəstəyini gözlǝyirik” deyǝ qeyd edilib.

Açıqlamada terror təşkilatının İndoneziyada fəaliyyət müǝssǝsǝlǝri, Depokdaki Pribadi Məktəbi, Cənubi Tangeranqdakı Kharisma Bangsa, Semaranqdaki Semasta, Yogjakartadaki Kesatuan Bangsa, Serengandaki Cüt Dilli internat məktəb, Açedǝki Fatih Erkǝk və Fatih Qız Kolleci, Bandunqdaki Pribadi Cüt Dilli internat məktəb və Cənubi Kalimantandaki Banoa Kolleci  olaraq   sadalanıb.

Sǝfirliyin mǝlumatına görǝ İndoneziyanın etibarlı universitetlərindən Syarif Hidayatullah Dövlət İslam Universitetində (UIN) səkkiz ildir fəaliyyət göstərən Fətullah Gülən adına şöbǝ bağlanıb.

 

 



Әlaqәli Xәbәrlәr