TBMM-də təhlükəsizlik tədbirləri dəyişdirilir

Fetullahçı Terror Təşkilatı Paralel Dövlət Quruculuğunun (FETÖ/ PDY) 15 iyulda çevirilişə cəhdi zamanı bombalanan Türkiyə Böyük Millət Məclisində (TBMM) təhlükəsizlik tədbirləri dəyişidirilir.

539314
TBMM-də təhlükəsizlik tədbirləri dəyişdirilir

Fetullahçı Terror Təşkilatı Paralel Dövlət Quruculuğunun (FETÖ/ PDY) 15 iyulda çevirilişə cəhdi zamanı bombalanan Türkiyə Böyük Millət Məclisində (TBMM) təhlükəsizlik tədbirləri dəyişidirilir.

Məclis bundan sonra Amerika Birləşmiş Ştatları Konqresi və Ağ Ev kimi qorunacaq. Buna görə də qapılarda yol nişanları yerinə anti-terror məqsədli yol kəsicilər qoyulacaq. Hündürlüyü 80sm, diametri 27sm olan blokerlar sayəsində tank və ya ona bənzər hərbi nəqliyyatlardan ediləcək hər hansı bir hücumun qarşısı alınacaq. Qoruyucu çəpərdən 20 metr öndə isə beton göbələklər qoyulacaq.

Türkiyə Böyük Millət Məclisində raket sistemi yerləşdirilməsinə dair qərar isə hələlik təsdiqlənməyib.

Məsələ ilə bağlı TBMM İdarə komandiri Salim Uslu açıqlama verib. Onun sızlərinə görə bu yalnız TBMM-nin problemi deyil, bütün Türkiyənin problemidir. Cumhurbaşkanlığı, Baş Nazirlik, TBMM Türkiyənin ən vacib dövlət qurumlarıdır. Buna görə də sözügedən binalarda müdafiə sisteminin yaradılması zəruridir.

Müdafiə sisteminin daha nələrdən ibarət olacağına gəlincə isə idarə komandiri deyib ki, TBMM damına radar siqnalını pozan qurğular yerləşdirilə bilər. Buna dair qərarın çıxması gözlənilir. Bundan başqa stinger tipli raketlər yerləşdiriləcək ki, bu da havadan müdafiəni təmin edəcək.



Әlaqәli Xәbәrlәr