İngilis hökumətinin anlayışlı davranışını ölkənin mediasından da gözləyirik

Bunu Türkiyənin Londondakı səfiri Əbdürrəhman Bilgiç keçirdiyi brifinqdə deyib. Səfir bildirib ki, FETÖ/PDY-nin Türkiyədə çevirilişə cəhdindən sonra Böyük Britaniya hökuməti hadisəni anlayışla qarşılayıb, Türkiyəyə və xalqına dəstəyini göstərib.

539144
İngilis hökumətinin anlayışlı davranışını ölkənin mediasından da gözləyirik

Bunu Türkiyənin Londondakı səfiri Əbdürrəhman Bilgiç keçirdiyi brifinqdə deyib. Səfir bildirib ki, FETÖ/PDY-nin Türkiyədə çevirilişə cəhdindən sonra Böyük Britaniya hökuməti hadisəni anlayışla qarşılayıb, Türkiyəyə və xalqına dəstəyini göstərib. Lakin ölkənin bəzi kütləvi informasiya vasitələri həqiqətə uyğun olmayan xəbərlər yayamağa çalışır.

15 İyulda hərbi çevirilişə cəhd zamanı günahsız insanların öldürdüyü, Millət Məclisinin bombaladığını, Polisin və Kəşfiyyat Xidmətinin mərkəzi binalarına hücum edildiyi və dövlət başçısının öldürməsinə çalışıldığını xatırladan səfir vurğulayıb ki, demokratiya tarixində ilk dəfə Türkiyə Böyük Millət Məclisi qırıcıların hədəfində idi. Bu xalqın suverenliyinə qəsddir.

Türkiyə ordusunun əksəriyyətinin çevirilişə qarşı çıxdığını deyən Əbdürrəhman Bilgiç əlavə edib ki, hücumda hava qüvvələri, jandarma və silahlı qüvvələrdə yer ala bilmiş bir qrup iştirak edib. Hərbi çevirilişə cəhdin qarşısını alan xalqı isə tarix yazıb. Səfir məlumat verib ki, hadisələr zamanı 246 Türkiyə vətəndaşı həyatını itirib, 2185 nəfər isə yaralanıb.

“Dost və müttəfiq saydıqlarımızdan bəziləri terror qruplaşmasına başçılıq edən Fəthullah Gülənlə gizli əlaqə qurmasından xəbərdarıq”-deyən səfir çevirilişə cəhddən sonra FETÖ-nun bəzi mətbuat orqanları vasitəsiylə qarayaxma kampaniyasını davam etdirdiyinə diqqəti çəkib.

Türkiyədə 3 aylıq fövqəladə vəziyyətin elan edildiyinin xatırladan ölkənin Londondakı səfiri bildirib ki, əsas məqsəd təhlükəsizlik tədbirlərinin gücləndirilməsidir. Ciddi təhdidlərə qarşı bənzər tədbirlərin başqa ölkələrdə də həyata keçirildirini deyən Əbdürrəhman Bilgiç Avropa İttifaqı və Avropa Şurasının üzvü olan Fransa hökumətinin ölkədə elan etdiyi fövqəladə vəziyyətin daha 6 ay uzadılmasına dair qərarına da toxunub. Səfir belə vəziyyətin zamanında Almaniya, Böyük Britaniyada da elan edildiyini  deyib.

Səfir Türkiyədə mövcud vəziyyətlə bağlı dost və müttəfiq ölkələrin dəstəyinin vacib olduğunu bildirib və xatırladıb ki, Böyük Britaniyanın Xarici İşlər nazirinin müavini çevirilişdən dərhal sonra Ankaraya səfər edib və danışıqlar aparıb. Bu səfər Türkiyə demokratiyasına edilən hücumudan sonra Avropadan edilən ilk ziyarət olub. Rəsmi Ankara bundan məmnunluq duyub. Səfir sonda vurğulayıb ki, eyni anlayışı Böyük Britanıyanın media orqanlarından da gözləyirik.



Әlaqәli Xәbәrlәr