''Hakimiyyət xalqdan güc alır'', Nurəddin Canikli

Türkiyə Baş nazirin müavini Nurəddin Canikli ölkənin özəl televiziyalardan birinə müsahibə verib və gündəmin əsas mövzularına dair sualları cavablandırıb.

539394
''Hakimiyyət xalqdan güc alır'', Nurəddin Canikli

Türkiyə Baş nazirin müavini Nurəddin Canikli  ölkənin özəl televiziyalardan birinə müsahibə verib və gündəmin əsas mövzularına dair sualları cavablandırıb.

Nurəddin Canikli  fövqəladə vəziyyətlə bağlı qanunun “Rəsmi Qəzet”də təkrar nəşri ilə əlaqədar qərarnamədə əhəmiyyətli tənzimləmələrin olduğunu, bununla da FETÖ/PDY-nin 15 iyulda çevirilişə təşəbbüsündə iştirak edənlərin TSK-dan kənarlaşdırıldığını bildirib.

Baş nazirin müavini deyib ki, FETÖ/PDY ilə mübarizədə hökumətin sürətli tədbirlər həyata keçirməsi zəruridir.

“Rəsmi Qəzet”in bugünki təkrar nəşrində yer alan siyahıda millətin müqaviməti, qəhrəmanlıqları sadalanır. Biz gücü millətdən alırıq. Bizim bacardıqlarımız yalnız xalqın bizə verdiyi gücüdən qaynaqlanır. Əlbəttə bu davamlıdır”-deyə Nurəddin Canikli  bildirib. Vurğulayıb ki, müvafiq qurumlar bundan sonra bütün kəşfiyyat və təhlükəsizlik sisteminə nəzarəti tamamilə ələ keçirməlidir. Baş nazirin müavini onu da əlavə edib ki, tam nəzarət uzun vaxt aparmayacaq. Xüsusiylə ölkədə hazırda höküm sürən fövqəladə vəziyyət zamanı çatışmazlıqlar tam aradan qaldırılacaq.



Әlaqәli Xәbәrlәr