Türkiyənin elm adamları FETÖ/PDY-e qarşı 15 dildə imzatoplama kampaniyasına başlayıb

Bir çox ölkǝlərdə fəaliyyət göstərən Türkiyənin alim və tədqiqatçıları tərəfindən Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin çevriliş cəhdinǝ etiraz olaraq 15 dildə imzatoplama kampaniyasına başlanılıb.

538570
Türkiyənin elm adamları FETÖ/PDY-e qarşı 15 dildə imzatoplama kampaniyasına başlayıb

Bununla bağlı www.academicsagainstcoup.com internet saytı açılıb. Kampaniyada hǝlǝ ki. Harvard, Oksford, Kembric, SOAS London, Minnesota, Texas və Edinburg kimi mötǝbǝr universitetlərdən mütəxəssislər iştirak edir. Az müddət ərzində isə 20-dǝn çox ölkədən 1300-dək imza toplanıb.

İngilis, Ərəb, Fransız, Alman, İspan, Rus və Yapon dillǝri ilə yanaşı 15 dildə hazırlanan mǝqalǝdǝ bildirilib: “Bütün dünya ölkǝlǝrindǝki alimlər olaraq, Türkiyə Silahlı Qüvvələrində yer ala bilmiş Gülen tǝrǝfdarlarının təyin etdiyi xunta tərəfindən 15 İyul 2016-cı ildə cǝhd edilǝn xain çevrilişi lǝnǝtlǝyirik. Türkiyə Böyük Millət Məclisinə, Milli Kəşfiyyat İdarəsinə, Prezident Administrasiyasına, Xüsusi Tǝyinatlı Polis Mǝrkǝzinǝ, müxtəlif bələdiyyə idarələrinə və bir sıra təşkilatlara hücum həyata keçirən, dinç sakinlǝrǝ atəş açılaraq Türkiyənin birlik və təhlükəsizliyini təhdid edən mǝnfur hərbi müdaxiləni qınayırıq. Ölmǝkdǝn qorxmayaraq küçələrə axışıb vǝtǝn xainlǝrinin qarşısında dayanan Türkiyə xalqı ilǝ hǝmrǝy olduğumuzu bildiririk. Beynəlxalq tǝhsil müəssisələrinə, geyri hökumǝt tǝşkilatlarına vǝ media orqanlarına Türkiyə xalqının siyasi iradəsini hörmǝtlǝ qarşılamaları vǝ tam dǝstǝk vermǝlǝrinə dair çağırış edirik.”

İmzatoplama kampaniyasının təşəbbüskarlarından biri Böyük Britaniyada akademik fǝaliyyǝtini davam etdirən Ayşǝ Seyyidǝ Kaptanǝrin sözlǝrinǝ görǝ kampaniya akademik tǝşkilatlar tǝrǝfindǝn xain çevriliş cǝhdinǝ güclü reaksiya göstǝrilmǝdiyi üçün başladılıb.

Çevriliş cǝhdinǝ beynəlxalq ictimaiyyətin kifayət qədər reaksiya verilmǝdiyini, hǝtta bǝzi beynǝlxalq kütlǝvi informasiya vasitǝlǝrinin törǝdilǝn cinayǝtlǝri doğru işıqlandırmadıqlarını ifadǝ edǝn Kaptanǝr əlavə edib ki, qanlı çevriliş cǝhdinǝ biganǝ qalan universitetlərin dǝ etiraz bildirmǝlǝrini tǝmin etmǝk mǝqsǝdiylǝ belǝ bir imzatoplama kampaniyasının başlanılmasına zǝrurǝt yarandı.



Әlaqәli Xәbәrlәr