Rəcəb Akdağ:"Terror təşkilatıyla əlaqəsi olan işçilərinin təsbit edilməsi üçün intensiv iş aparılır"

Türkiyənin Səhiyyə naziri Rəcəb Akdağ Fətullahçı Terror Təşkilatına (FETÖ/ PDY) üzvlüyü, və ya onlarla əlaqəsi olan nazirlik işçilərinin müəyyən edilməsi üçün intensiv iş aparıldığını bildiridi.

538959
Rəcəb Akdağ:"Terror təşkilatıyla əlaqəsi olan işçilərinin təsbit edilməsi üçün intensiv iş aparılır"

  Dövlət təhlükəsizliyi ilə əlaqədar görülməli zəruri tədbirlərin olduğunu bildirən Akdağ verdiyi yazılı açıqlamada: "FETÖ/PDY terror təşkilatına üzvlüyü və ya onlarla əlaqəsi olan Nazirlik işçilərinin müəyyən edilməsi üçün intensiv iş aparılır. Əlaqədar  Fərman əsasında haqlarında yekun dəyərləndirmələr etmək üçün 115-i rəhbər işçi, 1504-ü həkim, ümumilikdə, 5 min 581 Səhiyyə Nazirliyi əməkdaşı vəzifəsindən uzaqlaşdırılmışdır" deyir.
 
 Dövlət çevrilişi təşəbbüsünün ilk dəqiqəsindən etibarən səhiyyə xidmətində fövqəladə səy göstərən tibbi heyətə təşəkkür edən Akdağ şəhidlərə Allahdan rəhmət, Türk millətinə başsağlığı və yaralı qazilərə təcili şəfalar dilədi.



Әlaqәli Xәbәrlәr