Numan Kurtulmuş Kosovo Dövlət naziri Mahir Yağcıları qəbul etdi

Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş dövlət çevrilişi yarada biləcək bütün amillərin aradan qaldırılacağı barədə məlumat verdi.

538721
Numan Kurtulmuş Kosovo Dövlət  naziri Mahir Yağcıları qəbul etdi

 Kurtulmuş Fətullahçı Terror Təşkilatı Paralel Dövlət Quruculuğunun (FETÖ/PDY) həyata keçirdiyi çevriliş cəhdindən sonra Türkiyədə demokratiya keşiyinə dəstək vermək üçün gələn Kosovo Dövlət İdarəçiliyi naziri və Kosovo Demokratik Türk Partiyasının Sədri Mahir Yağcıları Çankaya Köşkündə qəbul etdi.
 
 Baş nazir müavini qəbuldakı çıxışında 15 iyulunTürkiyə və Türkiyənin dostları üçün əhəmiyyətli bir dönüş nöqtəsi olduğunu dedi.
 
 Dövlət çevrilişinin baş tutması halında, Türkiyənin yaxın coğrafiyasındakı bütün dostları ilə münasibətlərinin ciddi dəyişikliklərə məruz qalacağını qeyd edən Kurtulmuş bu istiqamətdə dəstək olan bütün Türkiyə dostlarına təşəkkürünü bildirdi və : " Bu səfəriniz bizə ayrıca bir güc verdi. Türkiyə, inşallah, bütün dostları ilə birlikdə bu bölgənin parlayan ulduzu olmaqda davam edəcək" dedi.
 Millətin iradəsinə sahib çıxaraq bir dastan yazdığına işarə edən Kurtulmuş: "Hər şərdən bir xeyir  çıxar" deyimi var. Bu çevriliş cəhdindən, inşallah, bir xeyir çıxacaq və Türkiyə daha demokratik bir ölkə kimi yoluna davam edəcək" deyə danışdı.

Mahir Yağçılar da,  kosovoluların və ölkənin Türk icmasının Türkiyədəki dövlət çevrilişinə cəhd xəbərindən kədərləndiklərini və çevrilişə qarşı olduqlarını bildirərək: "Belə bir təşəbbüs qəbuledilməzdir" dedi.
 
 Kosovoda "Dövlət çevrilişinə yox" deyərək milli iradəni dəstəklədiklərinə işarə edən Yağcılar: "Türkiyənin güclü olması, bölgənin sabit olması, güclü olması deməkdir. Eyni zamanda, Balkan ölkələrinin dəgüclü olması deməkdir" deyə danışdı.



Әlaqәli Xәbәrlәr