Lütfi Elvan və Mehmet Şimşək çevriliş cəhdinin ölkə iqtisadiyyatına ciddi zərər vurmadığını dedilər

Türkiyənin İnkişaf naziri Lütfi Elvan ölkənin bu həftə iqtisadiyyatda normal göstəricilərə geri dönəcəyini dedi.

538676
Lütfi Elvan və Mehmet Şimşək  çevriliş cəhdinin ölkə iqtisadiyyatına ciddi zərər vurmadığını dedilər

  Özəl  televiziya kanalının qonağı olan İnkişaf naziri  Lütfi Elvan 15 iyuldakı dövlət çevrilişi cəhdinin Türkiyəni məhvetmə planı olduğuna diqqət çəkərək: "Türkiyənin iqtisadiyyatının nə qədər sağlam təməllər üzərində qurulduğu göz önündədir" şəklində danışdı.
 
 Türkiyənin kabusun kandarından döndüğıünü vurğulayan Əlvan: " Xain çevriliş cəhdindən sonra Türkiyə iqtisadiyyatı imtahandan uğurla çıxdı. Birjamız bağlanmadı Sərmayə hərəkətlərində hər hansı bir məhdudiyyət yoxdur. Məzənnə, faiz, birja indeksinə baxdığımızda, bu qədər təhlükəli dövlət çevrilişi cəhdi nəticəsində ciddi bir təbəddülat yoxdur" dedi.
Makroiqtisadi hədəflərdədə heç bir dəyişiklik olmayacağını qeyd edən Lütfi Əlvan: " Böyümə hədəfimiz olduğu kimi qalır. Əlbəttə ki, başlanğıcda iqtisadiyyatda bir qeyri-müəyyənlik yarandı. Amma  sonra, xüsusilə, bu həftə bütün iqtisadi göstəricilərdə normal rəqəmlərə geri dönmə gözləyirik. Hər hansı bir çətinlik olacağını düşünmürük" deyə danışdı.

Digər tərəfdən baş nazir müavini  Mehmet Şimşək  çevriliş cəhdinin qarşısını alan millətin bazarlardakı çevrilişə də əngəl olduğunu bildirdi.
 
 Şimşək özəl televiziya kanalında qatıldığı proqramda gündəmə dair sualları cavablandırdı.
 
 Şimşək: " Dünəndən etibarən vətəndaşlar 9 milyard dollarıTürk lirəsinə çevirdilər" dedi.
 Türkiyə iqtisadiyyatının təməllərinin sağlam olduğunu bildirən Şimşək dövlət çevrilişi səbəbindən iqtisadiyyatda davamlı və böyük bir təxribatın baş vermədiyini vurğuladı.



Әlaqәli Xәbәrlәr