Faruk Özlü: "Türkiyədə hər şey yolundadır, sərmayə qoymağa davam edək"

Türkiyənin Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü sənayeçilərə, yerli və xarici investorlara müraciət edərək: "Türkiyədə hər şey yolundadır, hər şey normaldır, sərmayə qoymağa davam edək" dedi.

538775
Faruk Özlü: "Türkiyədə hər şey yolundadır, sərmayə qoymağa davam edək"

 Faruk Özlü Çanaqqalanın Çan qəsəbəsində fabrikanın açılış və təməlqoyma mərasimində etdiyi çıxışında Fətullahçı Terror Təşkilatı Paralel Dövlət Quruculuğunun (FETÖ/PDY) dövlət çevrilişi cəhdindən sonra iyulun 16-da səhər həyatın normal axarına qaytarıldığını, bu gün həyata keçirilən tədbirin də bunun bir göstəricisi olduğunu söylədi.

 Bu məqsədlə həyata keçirilən yeniliklərdən bəhs edərək, nazirlik tərəfindən İstehsal İslahatları Paketi üzərindəki işlərin davam etdirdiklərinə toxunan Özlü bu paketlə yerli və xarici investorların önündəki maneələrin qaldırılacağını bildirdi.

Özlü: "Bütün işlərimizdə yeganə məqsəd  sərmayəçinin, sənayeçinin, sahibkarının yolunu açmaqır" dedi.

Özlü keyfiyyətli sənaye istehsalının davamlı inkişafın təminatı olduğuna diqqət çəkərək, buna nail olmaq üçün də güclü demokratiya və güclü iqtisadiyyatın olmasının vacibliyini vurğruladı.

 15 iyul gecəsinin bu baxımdan çox əhəmiyyətli bir gecə olduğunu bildirən Faruk Özlü: "O gecədə həm demokratiyamız, həm də iqtisadiyyatımız  çox çətin bir sınaqdan keçdi.  Bu millət tankların qabağına uzanaraq demokratiyaya nə qədər bağlı olduğunu ifadə etdi. Türk insanının demokratiyadan heç vaxt geri addım atmayacağı ortaya qoyuldu" deyə danışdı.

Bütün bu inkişaflara baxmayaraq Qərbdən Türkiyəyə çox haqsız və qərəzli iradlar gəldiyini bildirən Özlü bəzi beynəlxalq reytinq təşkilatlarının ölkəyə haqsızlıq etdiyini söylədi.
 
Özlü dövlət çevrilişi cəhdində həlak olanlarla bağlı bir cümlə belə qurmayan Qərb insan haqları təşkilatlarının nəzarətə alınan çevrilişçilərlə yaxşı rəftar olunmadığına dair bəyanatlar verdiklərini xatırlatdı.
 
 Fransada, Belçikada  fövqəladə vəziyyətlərin elan edilməsi barədə heç bir söz deməyənlərin Türkiyədəki fövqəladə vəziyyətlə əlaqədar əsəb krizi keçirdiyini vurğulayan Özlü konstruktiv tənqidlərə qulaq asdıqlarını, lakin qərəzli və yanlış davranışlara heç vaxt təqdir etmədiklərini və etməyəcəkləriini dilə gətirdi.
 
 Sənayeçilərə, yerli və xarici investorlara müraciət edən Faruk Özlü: "Türkiyədə hər şey yolundadır, hər şey normaldır, sərmayə qoymağa davam edək. Aldığımız qərarları heç vaxt təxirə salmayaq. Türkiyədə yeni investisiyaların sürətlə artdığı, sənaye istehsalının sürətləndiyi bir dönəmə girəcəyik. Xüsusilə, iş dünyasından xahiş edirəm: Xarici dostlarınıza və tərəfdaşlarınıza həqiqi Türkiyənin Qərbdə təsvir olunmağa çalışılan Türkiyə ilə əlaqəsi olmadığını izah edin. Biz də bunu edəcəyik. Yanlış düşüncələri birlikdə qıracağıq. Demokratiyamızı və iqtisadiyyatımızı birlikdə gücləndirərək ölkəmizdəki sərmayələriı, istehsalı, rifahı və məşğulluğu artıracağıq" deyə danışdı.



Әlaqәli Xәbәrlәr