Türkiyə xalqı demokratiyasını qorumağa davam edir

Fetullahçı Terror Təşkilatının (FETÖ)  hәyata keçirdiyi  çevriliş  cəhdindәn sonra  milli iradəyə sahib çıxmaq üçün Türkiyənin dörd bir tərəfində vətəndaşların doldurduğu meydanlardan birlik və bərabərlik mesajları yüksəlir.

538069
Türkiyə xalqı demokratiyasını qorumağa  davam edir

Fetullahçı Terror Təşkilatının (FETÖ)  hәyata keçirdiyi  çevriliş  cəhdindәn sonra  milli iradəyə sahib çıxmaq üçün Türkiyənin dörd bir tərəfində vətəndaşların doldurduğu meydanlardan birlik və bərabərlik mesajları yüksəlir.

 Edirnədən Hakkariyə, Giresundan  Şanlıurfayadәk  ölkәnin  dörd bir tərəfində meydanlara axın edən vətəndaşlar  Çevriliş cәhdinә öz etirazlarını bildirirlәr.

‘‘Demokratiya keşikçilәri’’ ‘‘Şәhidlәr ölmәz vәtәn bölünmәz’’ ‘‘Çevrilişә yox’’ süarları sәslәndirәrәk  birlik mesajı verirlәr.

Edirnәdә  demokratiya  keşiyindә duranlardan Burcu Çam  meydanları boş buraxmayacağıq deyәrәk: ‘‘Türkiyә uğrunda canımız fәda olsun’’ deyib.

 Muş  Bələdiyyə meydanında demokratiya keşiyindә  duran  Şirin Gül, bir vətən övladı kimi bu vətənə edilən xəyanəti qəbul etməyin mümkün olmadığını qeyd edərək, "Çevrilişin  heç bir növü qəbul  edilә bilmәzdir.  Birliyimiz  vә bərabərliyimiz üçün meydanlarda olmağa davam edəcəyik’’ deyә bildirib.

Dənizli Delikliçınar meydanında demokratiya keşiyindә duran  Mustafa Karaçay Almaniyadan gәldiyini bildirәrәk  çevriliş cәhdini öyrәnәndә   Frankfurtda konsulluq qarşısında toplanıb Türk bayraqlarını dalğalandırdıqlarını bildirib.

 Orduda  demokratiya keşiyindә duran  vә  Belçikadan ailəsiylə gәlәn  Rasim Tezcan  demokratiyanın  keşiyini çәkdiyinә görә xoşbәxt olduğunu deyib.

Avstriyadan Trabzona gələn Uğur və Həbibə Alper cütlüyü  də uşaqları ilə "demokratiya keşiyinә" dəstək verdi.

Uşakda  meydanında  demokratiya keşiyindә duran  Həsən Türkay  1980-ci il sentyabrın 12-dә  baş verәn  çevrilişi  yaşadıqlarını qeyd edәrәk: ‘‘Bu ağrının nә olduğunu xalqa nә qәdәr zülm  edildiyini bildiyimiz üçün çevriliş cәhdini eşitdiyimiz kimi ailәlәrimizlә halallaşıb  şәhәrә gәldik. Dövlәt başçımızın  ikinci bir әmrinәdәk dә meydanları tәrk etmәyәcәyik’’ deyib.

Ərzincanın  Cümhuriyyət meydanında  demokratiya keşiyindә duran  Yavuz Tekcan dövlәt başçısı R.T  Ərdoğanın ikinci əmrinə qədər  meydanları  tәrk etmәyәcәyini  söylәyib.

Van Beşyol Meydanında demokratiya keşiyindә duran  fiziki qüsurlu Naci Çalış  çevriliş cәhdinә tәsәbbüs edәnlәrә  qarşı günlərdir meydanlarda olduğunu  bildirib.

Malatyada demokratiya  keşiyini çәkәn  Əhməd Kaplan da: ‘‘Milli mübarizә üçün, xalqın iradәsi üçün hamımız burdayıq. Xalqımız  bayrağımız, birlik vә bәrabәrliyimiz üçün meydanlardadır. Dövlәt başçısı R.T  Ərdoğanın ikinci əmrinə qədər dә  meydanları  tәrk etmәyәcәyik’’ deyә  söylәyib.

 



Әlaqәli Xәbәrlәr