Türkiyə NBC News-dan rəsmi üzr istəməyi tələb edir

Türkiyə Amerika televiziya kanalı NBC News-dan rəsmi üzr istəməyi tələb etdı.

537673
Türkiyə NBC News-dan rəsmi üzr istəməyi tələb edir


  Türkiyənin Vaşinqtondakı Səfirliyi tərəfindən NBC News-a göndərilən məktubda Fətullahçı Terror Təşkilatı Paralel Dövlət Quruculuğunun (FETÖ/PDY) 15 iyulda çevriliş cəhdinin olduğu gecə prezident Rəcəb Tayyib Ərdoğanın Almaniyaya qaçdığı xəbərini yayan televiziya kanalının rəsmi üzr istəməsi tələb olundu.
 
 NBC-nin qanlı çevriliş gecəsində baş verənlərə dair "qəbul edilməyəcək bir jurnalistilik sərgilədiyi" qeyd edilən məktubda: "NBC News-un Türkiyədəki çevriliş cəhdi zamanı nümayiş etdirdiyi  heç vaxt qəbul edilməyəcək jurnalistlik fəaliyyətini düzəltməsini tələb edirik. Cənab Kyle Griffinin 15 iyul dövlət çevrilişi cəhdi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyadan sığınma tələb etdiyinə dair xəbəri tamamilə yanlışdır, qəbul edilə bilməz və etibarlı dəlilə malik deyildir" yazılır.
 
 Amerika hərbi mənbələrinə əsaslandırılan yalan xəbərin digər media orqanları tərəfindən istifadə edilərək yayıldığına diqqət yetirilən məktubda: "Türkiyə üçün çox həssas olan bir zamanda bu növ yalan xəbər son dərəcə məsuliyyətsiz idi" deyilir.
 
 Məktubda Prezident Ərdoğanla əlaqədar önəmli və həssas bir məlumatın peşəkarlıqdan uzaq bir şəkildə, doğruluğu və mənbənin etibarlılığı təsdiq edilmədən yayımlanmasının şokedici olduğu vurğulanır.
 
 NBC-nin iddianı sonra geri çəksə də, səhvini düzəltmədiyinə və üzr istəmədiyinə işarə edilən mətndə: "NBC News və Cənab Griffinin bu qəbuledilməz davranışa görə  rəsmi olaraq üzr istəməsini tələb edirik" ifadəsi işlədilir.

NBC News Fətullahçı Terror Təşkilatı Paralel Dövlət Quruculuğunun (FETÖ/PDY) çevriliş cəhdi zamanı: "Prezident Ərdoğanın Almaniyadan sığınacaq tələb etdiyi və təyyarənin bu ölkəyə istiqamət alması" yönündəki əsassız xəbərləri ABŞ hərbi mənbələrindən aldığını iddia etmişdi.
 
 Bunu "Twitter"də paylaşan Kyle Griffin, eyni zamanda, çevrilişçilərin hakimiyyəti ələ keçirdikləri barədə iddianı da təqibçiləri ilə bölüşmüşdü.
 
 Yalan xəbərlərlə mübarizə aparan "Newsbud" adlı təşkilat da NBC-dən iyulun 25-dək  xəbərə görə üzr istəməsini və mənbə olaraq  göstərdiyi hərbi səlahiyyətlinin də adını açıqlamasını tələb edib.
 
 "Newsbud" təşkilatı Amerika Birləşmiş Ştatlarının Türk icmasının dəstəyi ilə 28 iyul, Cümə günü NBC qarşısında aksiya keçirməyi planlaşdırır.



Әlaqәli Xәbәrlәr