Ərdoğanın qaldığı otelə basqın edən hərbçilərdən yenə tutulan var

FETÖ/PDY-nin iyulun 15-də hərbi çevirilişə cəhdi zamanı Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Marmarisdə qaldığı otelə basqın edən hərbçilərdən yenə 7-si saxlanılıb

537579
Ərdoğanın qaldığı otelə basqın edən hərbçilərdən yenə tutulan var

  7 nəfərin Muğla-Marmaris avtomagistral yolu üzərindən keçən nəqliyyat vasitələrini dayandırmağa çalışdıqları məlumatından sonra təhlükəsizlik qüvvələri hərəkətə keçib.

  Müharibə Axtarış və Xilasetmə Dəstəsinin mayoru Taner Berberin də aralarında olduğu 7 şübhəli şəxs Təhlükəsizlik Müdirliyinə aparılıb.

  Xatırladaq ki, Marmarisdə otelə hücumda iştirak edən 36 əsgərdən 19-u hadisədən dərhal sonra aparılan əməliyyatlarda tutularaq həbs edilib. Hazırda 10 nəfərin axtarışı gedir.



Әlaqәli Xәbәrlәr