Ərdoğan vǝ Putinin görüşü gözlǝnilir

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Dövlət Başçısı Vladimir Putin, 9 Avqustda Rusiyanın St. Peterburq şəhərində görüşǝcǝk.

537714
Ərdoğan vǝ Putinin görüşü gözlǝnilir

Baş nazirin müavini Məmməd Şimşǝk ilǝ İqtisadiyyat üzrǝ naziri Nihat Zeybekçi sǝfǝrdǝ olduqları Rusiyanın paytaxtı Moskvada açıqlama veriblǝr. Nazirlǝrin mǝlumatına görǝ Türkiyǝ-Rusiya əlaqələrində yeni dövr başladıqdan sonra Prezident Ərdoğan ilə Rusiya Dövlət Başçısı Putin 9 Avqustda St.Petersburg şəhərində ilk dǝfǝ bir araya gǝlǝcǝk.

Nazir Şimşǝk açıqlamasında bildirib ki, “ Türkiyǝ ilǝ Rusiya arasındakı Əlaqələri inkişaf etdirmək və 24 noyabr əvvəlindən daha irǝli pillǝyǝ qaldırmaq istǝyirik”.

Qeyd edǝk ki, Rus döyüş təyyarəsi, 24 Noyabrda Suriya sərhədində Türk hava sǝrhǝddini pozduğu üçün Türkiyǝnin qırıcıları tǝrǝfindǝn müdaxilǝ edilǝrǝk salınmışdı. Mǝhz, Rus təyyarəsinin salınmasıyla gərginləşən münasibətlər, prezident Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Dövlət Başçısı Vladimir Putin arasında  baş  tutuan  danışıq və daha sonra iki ölkə Xarici İşlər Nazirlərinin Qara Dəniz İqtisadi Əməkdaşlıq yığıncağına  qatılmaq üçün getdiklǝri Rusiyanın Soçi şəhərində bir araya gəlmələri, normallaşma prosesinin yenidǝn yaranmasında tǝsirli olmuşdu.



Әlaqәli Xәbәrlәr