Numan Kurtulmuş vә Fatma Betül Sayan Kaya TRT-dә olublar

İyulun 15-dә hәyata keçirilәn uğursuz çevriliş cәhdindәn sonra  Baş nazirin  müavini  Numan Kurtulmuş  bir daha TRT-yә gәlib.

538009
Numan Kurtulmuş vә Fatma Betül Sayan Kaya TRT-dә olublar

 

İyulun 15-dә hәyata keçirilәn uğursuz çevriliş cәhdindәn sonra  Baş nazirin  müavini  Numan Kurtulmuş  bir daha TRT-yә gәlib.

Türkiyә Radio vә Televiziya  Qurumunun Müdiri Şenol Göka ilә bir araya gәlәn Numan Kurtulmuş belә bir hadisәnin bir daha yaşanmamasını arzulayıb.

TRT-nin müdiri Şenol Göka vә rәhbәrlәr  Kurtulmuşa  iyulun 15-dә hәyata keçirilәn uğursuz çevriliş cәhdindәn sonra  baş verәn proseslәr ilә bağlı mәlumat verib.

Kurtulmuşa hәmçinin TRT-nin 2016-cı il hәdәflәri vә yeni yayım dövru ilә bağlı mәlumat verilib.

Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya da  TRT-dә olub.

 Nazir Kaya TRT-nin canlı yayım efirinә çıxıb.

Kaya İstanbulda 35, Ankarada 25 nәfәrlik heyәtlә  şәhid yaxınları  vә qazilәrә baş çәkdiyini  deyib.

Demokratiya şəhidləri və qazilәr  üçün başlanılan kampaniyaya dair  məlumat verən Kaya: ‘‘Cәnab dövlәt başçımızın  himayәsindә  bir Baş nazirliyik sәrәncamı  ilә nazirliyimiz  yardım kampaniyası baslatdı.Bütün vәtәndaşlarımız  bu kampaniyaya qatıla bilәr vә 5 bank vasitәsilә  yardım edә bilәr’’ deyib.



Әlaqәli Xәbәrlәr