İraq, Qırğızıstan və Makedoniyadan Ərdoğana dəstək

İraq hökuməti Fətullahçı Terror Təşkilatı Paralel Dövlət Qurumunun (FETÖ/PDY) 15 iyulda çeviriliş cəhdinin qarşısının alımasıyla əlaqədar Türkiyə hökuməti və xalqını təbrik edib

537530
İraq, Qırğızıstan və Makedoniyadan Ərdoğana dəstək

  Türkiyənin İraqdakı səfiri Faruk Kaymakçı ölkəin Baş naziri Heydər Əl-İbadi, İraq Nümayəndələr Palatasının sədri Səlim Əl-Bazar və həmin Palatanın Xarici Əlaqələr Komitəsinin sədri Həsən Şiveridlə təkbətək görüşüb.

  Faruk Kaymakçı FETÖ-nün fəaliyyətinə dair İraq səlahiliyyətlilərini xəbərdar edərək İraqın da müvafiq zəruri tədbirlər görməsinin vacibliyini bildirib. İraq rəsmiləri hərbi çevirilişə cəhdə qarşı Türkiyənin yanında olduqlarını açıq şəkildə söyləyiblər. İraqın Nümayəndələr Palatasının sədri Səlim Əl-Bazar Türkiyədə siyasi partiyaların hadisə zamanı bərabərlik nümayiş etdirməsinin ölkəsinə də örnək olduğunu vurğulayıb.

  Qırğızıstanda isə Axıska Türkləri Dərnəyi Kant şəhərində hərbi çevirilişə təşəbbüs zamanı şəhid olanların xatirə mərasimini təşkil edib. Dərnəyin sədri Rəşad Şamilo Türkiyədə sözügedən hadisəni qətiyyətlə pisləyib və əlavə edib ki, axıska türkləri Türkiyənin yanındadır. Tədbirdə iştirak edən Türkiyənin Qırğızıstan səfiri Mətn Kılıç çıxışında bildirib ki, "Çevirilişə cəhd gecəsindən etibarən Qırğızıstandakı axıska türklərinin möhkəm dəstəyini görürük".

  Hərbi çevirilişə cəhdə qarşı kəskin reaksiyalar Makedoniyada da davam edir. Ölkənin paytaxtı Skopyedə bir sahibkar Türkiyədə yaşanan hadisəni törədənləri kəsgin qınayaraq dövlət başçısı Rəcəb Tayyib Ərdoğana dəstəyini ifadə edib, paytaxt şəhərdə yerləşən tarixi Türk Çarşısını isə Ərdoğanın şəkli və Türkiyə bayraqları bəzəyib.

  ABŞ-ın Hyuston şəhərində yaşayan türklər də FETÖ-ya qarşı etirazlarını bildirib.

  Bu arada, Türkiyənin Miamidəki Baş konsulu Azad Kıvanç Altan “Miami Herald” qəzetində “Türkiyə demokratiyasını mühafizə edəcək” sərlövhəli məqalə ilə çıxış edib. Məqalədə FETÖ-nün çeviriliş planları və Türkiyə xalqının bu cəhdə qarşı mübarizəsi yer alır. Qeyd olunur ki, çeviriliş təşəbbüsünə qarşı Türkiyə hökuməti hüquqi çərçivədə müvafiq tədbirlər həyata keçirir.



Әlaqәli Xәbәrlәr