Berat Albayrak: "Türkiyə hər zaman etimad təlqin edən bir ölkə olmuşdur"

Türkiyənin Enerji və Təbii Ehtiyatlar Naziri Berat Albayrak Türkiyənin hər zaman etimad təlqin edən bir ölkə olduğunu dedi.

538049
Berat Albayrak: "Türkiyə hər zaman etimad təlqin edən bir ölkə olmuşdur"


 Albayrak özəl kanalın canlı yayınında ona ünvanlanan suallara cavab verdi.
 
 Türkiyənin makro və mikro mənada iqtisadi dinamikalarının çox sağlam olduğunu vurğulayan Albayrak potensial təhdidlərin də hər keçən gün azaldıldığını ifadə etdi.
 
 Albayrak Türkiyənin ətraf ölkələrdə baş verən siyasi, iqtisadi və struktur çətinliklərlə müqayisədə son cəhdə baxmayaraq, daha da gücləndiyinə işərə edərək Türkiyənin dövlət çevrilişi təşəbbüsündən iki gün sonra bazarları açdığını, Türkiyənin sərmayələri dayandıran bir ölkə olmadığını, hər kəsə inam təlqin edən bir ölkə olduğunu söylədi.
 
 Qlobal mənada terror hadisələrinin artdığını və gələcək illərdə terrorizmlə mübarizənin davam edəcəyini dilə gətirən Albayrak yeni bir çevriliş cəhdini gözləmədiyini, lakin sayıqlığın əldən verilməməsinin zəruriliyini qeyd etdi, birlik və bərabərliyi demokratiyanı qorumağın yeganə faktoru olaraq göstərdi.

Nazir Türkiyənin 21-ci əsrdə çox fərqli və uğurlu bir ölkə olacağını söylədi.
 
 Enerji və Təbii Ehtiyatlar Naziri Türk millətinin bu cür hadisələrdən güclənərək çıxdığına işarə edərək, Türkiyənin hər zaman ağıllı, rasional və bütünləşdirici atmosferə sahib çıxacağını vurğuladı.



Әlaqәli Xәbәrlәr