Bәzi xarici media orqanlarının ‘jurnalist etikası’’

Türkiyәdә  Fetullahçı Terror Təşkilatı Paralel Dövlət Quruculuğunun  (FETÖ/PDY)  xain  çevriliş  cəhddini  həyata keçirdiyi  15 iyulda xarici media orqanlarının bəzilərinin davranışı ibrətamizdi.

538139
Bәzi xarici media orqanlarının ‘jurnalist etikası’’

Türkiyәdә  Fetullahçı Terror Təşkilatı Paralel Dövlət Quruculuğunun  (FETÖ/PDY)  xain  çevriliş  cəhddini  həyata keçirdiyi  15 iyulda xarici media orqanlarının bəzilərinin davranışı ibrətamizdi.

 Ankara və İstanbuldakı zorakılıq  görüntülərini verərkən " çevriliş cәhdi’’ ifadәsini   sözünü alçaq sәslә  tәlәfüz edәn  bu qurumlar,  çevrilişin qarşısı alındıqdan sonra  da dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğanın  və hökumətin bu vəziyyətdәn  "avtoritarlaşmaq  üçün istifadə edəcəyi" fikrini irəli sürdülәr.

 Həm də Türkiyə Böyük Millət Məclisinin, Prezident İqәmәtgahının Polis  İdarәsinin, Türk Silahlı Qüvvәlәrinin Baş Qərargahının    bombalanmasını, insanların tanklar tərəfindən əzilməsini heçә sayaraq.

Bu təşkilatların xəbər etikası barәsindә  narahatlığımız məhz buradan başladı.

Xalq  küçәlәrә axışaraq çevriliş cәhdinin qarşısını aldı.

Əsgər geyimindә olan  terrorçuların vəhşilik saçan  görüntüləri  vәtәndaş müharibәsi kimi  əks etdirilməyə çalışıldı.

Sanki "əsgər" kimi göstərilməyə çalışılan uniformalı terrorçular xalqın üzәrinә bomba yağdırmır  havadan demokratiyaya dәstәk  verirdi.

Millət və dövlət əl-ələ  verәrәk  xainlərә  mane oldu.

 Vətəndaşlar tәrәfindәn   işğal etdikləri hər yerdən qovulan   terrorçular  siçan kimi qaçdılar. Dövlət bu xainləri bir-bir müәyyәn edәrәk   ədalətə təslim etdi.

Bir gecə tank, top, bomba səsləri altında,  məscidlərindən yüksələn azan sәdaları ilә  gecəni  aydınlığa qovuşduran, "ya hamımız  bərabər yaşayacağıq, və ya bәrabәr  öləcəyik" deyən Türk millətinə gücünüzün çata  bilәcәyini düşündünüz?

Yanılırsınız.

Biz bu hadisәnin öhdәsindәn  güclənərək gәlәcәyik.  Dostumuzu, düşmənimizi artıq daha yaxşı tanıyacağıq və bir-birimizə daha çox bağlanacağıq.

Amma siz, özünü media, etdiyi işi  isә  xəbər zənn edənlər!

Türkiyə Cümhuriyyəti  əbədiyyətə  doğru  irәlilәyәcәk!  Siz isә uçurumdan aşağı yuvarlanarkәn çıxardığınız çığırtı sәslәri ilkә  yadda qalacaqsınız!



Әlaqәli Xәbәrlәr