Türkiyənin xarici ölkələrdə olan fövqəladə səfirlərindən bəziləri vəzifələrindən azad olunacaq

Bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu dedi.

537311
Türkiyənin xarici ölkələrdə olan fövqəladə səfirlərindən bəziləri vəzifələrindən azad olunacaq

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Türkiyə Respublikasının xarici ölkələrdə olan fövqəladə və səlahiyyətli  səfirlərindən bəzilərinin vəzifələrindən azad olunacaqlarıı ilə əlaqədar məlumat verdi.
 
 Çavuşoğlu özəl televiziya kanalında  Fətullahçı Terror Təşkilatı Paralel Dövlət Quruculuğunun (FETÖ/PDY)  iyulun 15-dəki çevriliş təşəbbüsü barəsində danışdı.
 
 FETÖ/PDY-nin çevriliş cəhdi ilə əlaqədar olmaları səbəbindən Xarici İşlər Nazirliyi əməkdaşları arasında da işdən azad edilmə hallarının olacağını bildirən Çavuşoğlu, vəzifələrinə xitam veriləcək səfirlərin onsuz da passiv olduqlarının qeyd etdi
 
 Çavuşoğlu: " Bu günə qədər vəzifə verilmədi, mərkəzdə idilər, bunları geri almışdıq. Xaricdən geri çağıracağımız digər səfirlik işçiləri də olacaq. Bunların da Nazirliyimizdən mütləq uzaqlaşdırılması lazımdır" dedi.



Әlaqәli Xәbәrlәr