Ərdoğan partiya liderləri ilə görüşdü

Bu gün Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ölkənin iqtidar partiyası və aparıcı müxalifət partiyalarının liderləri ilə görüşdü.

537378
Ərdoğan partiya liderləri ilə görüşdü
erdoğan zirve 2.jpg
erdoğan zirve 1.jpg

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP) və Millətçi Hərəkat Partiyasının (MHP) liderlərini 15 iyul dövlət çevrilişi cəhdi qarşısındakı sərgilədikləri mövqeyə görə təşəkkür etmək üçün Prezident Kompleksində qarşıladı.

 Prezidentin partiya sədrləri ilə görüşü 2 saat 40 dəqiqə davam etdi.

Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın iclasda liderlərin xain təşəbbüs gecəsi baş verənlər haqqında məlumat verildiyini qeyd edərək, oxşar hadisələrin təkrarlanmaması üçün görülən tədbirlərdən danışıldığını söylədi.
 
 Kalın prezident Ərdoğanın liderlərə 15 iyulda tutduqları mövqeyə görə təşəkkür etdiyini də bildirərək, fövqəladə vəziyyət və bu çərçivədə aparılan istintaqlarda əməkdaşlığın vacibliyini vurğuladığını söylədi.
 
 İbrahim Kalın siyasi dialoq üçün ümumi fikrin ədə olunduğunu da qeyd etdi. 

 CHP rəsmiləri  tarihi iclasdan sonra verdikləri açıqlamada: "Siyasətin normallaşması prosesinə xidmət edəcək bir görüş oldu" dedilər.

Cümhurbaşqanlığının Baş katibi Fahri Kasırga partiyaların Baş katiblərinə dünən ünvanlandığı  məktubunda Türkiyənin 15 İyulda Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvü, əsgər forması geyinmiş bir qrup terrorçu tərəfindən həyata keçirilən silahlı və qanlı çevrilişə cəhdə məruz qaldığını qeyd edilmişdi.

Məktubda bildirilirdi ki, FETÖ üzvü terrorçular tərəfindən təzyiq və zorakılıqdan istifadə edərək, qanunlar çərçivəsində qurulan azad demokratiya nizamını, əsas haqq və azadlıqları, qanuni Türkiyə Cümhuriyyəti Hökumətini ortadan qaldırmaq məqsədilə həyata keçirilən, silahlı çevrilişə cəhdin qarşısı millətimizin demokratiyaya yiyə duraraq, ortaqa qoyduğu qəhrəmancasına müqavimət nəticəsində alınmışdır. Həmin çərçivədə cənab Dövlət başçımız iyulun 25-i bazar ertəsi günü saat 14.00-da Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı və hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırımı həm çevrilişə cəhd qarşısındakı qətiyyətli mövqelərinə görə onlara təşəkkür etmək, həm də baş verənləri dəyərləndirərək, təkliflərini almaq məqsədi ilə   Cümhurbaşqanlığı iqamətgahına dəvət etməkdədir.



Әlaqәli Xәbәrlәr