“Onların hamısı ölkəyə geri qaytarılacaq və məsuliyyətə cəlb ediləcəklər” M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fətullahçı Terror Təşkilatının (FETÖ) çevrilişə cəhdi ilə əlaqəli olaraq ölkə xaricinə qaçanların tək-tək ölkəyə qaytarılacağını və məsuliyyətə cəlb ediləcəklərini söyləyib.

536759
“Onların hamısı ölkəyə geri qaytarılacaq və məsuliyyətə cəlb ediləcəklər” M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fətullahçı Terror Təşkilatının (FETÖ) çevrilişə cəhdi ilə əlaqədar olaraq ölkə xaricinə qaçanların tək-tək geri qaytarılacağını və məsuliyyətə cəlb ediləcəklərini deyib.

“Demokratiyaya dəstək” nümayişlərinin 10-cu günündə Konya şəhərində vətəndaşlara müraciət edən Çavuşoğlu Pensilvanyadakı terror başçısının da Türkiyəyə getiriləcəyini bildirib.

Çavuşoğlu FETÖ-nün başçısının geri qaytarılması üçün bütün sənədləri verdiklərini və ABŞ-ın artıq dəlil tələb edə bilməyəcəyini deyib.

Terror təşkilatının ölkədən xaricdəki qurumlarının da bir-bir istifadəsiz hala gətirildiyinin qeyd edən nazir əlavə edib ki, Azərbaycanda universitetlər, televiziya kanalları bağlandı. Somalidə Nazirlər Kabinetinin qərarı ilə bütün fəaliyyətləri dayandırıldı və ölkəni tərk etmələrinəd dair bir həftə möhlət verildi. Nigerdəki məktəblər bağlanır. Digər ölkələrdəki fəaliyyətlərini də dayandırmaq üçün addımlar atmaqdayıq. Şimali Kıbrıs Türk Cümhuriyyəti FETÖ-nü terror təşkilatı olaraq elan etdi. Oradakı fəaliyyətlərini də izləyirik. Bunların hamısına son qoyulacaq.

Çavuşoğlu Xarici İşlər Nazirliyinin də FETÖ tərəfdarlarından təmizlənəcəyini vurğulayıb.

Fətullahçı Terror Təşkilatının 15 iyulda etdiklərinin ilk cəhd olmadığını bildirən Xarici İşlər naziri Çavuşoğlu deyib ki, bu təşkilat Türkiyəyə fərqli şəkillərdə davamlı zərər verməyə cəhd göstərir. Türkiyənin əleyhinə çıxış edən, Türkiyənin qarşısında olan lobbilərdən tərəf siyasət izlədi. “Gedib ABŞ, İngiltərə , Almaniyada Türk düşməni olanların yanında Türkiyənin əleyhinə qərarlar çıxarmağa cəhd göstərdilər. Bu xainlər onlardan da istədiyini əldə edə bilmədikdə Türkiyənin sabitliyini pozmağa çalışan PKK, DHKPC kimi terror təşkilatları ilə əməşdaşlıq etdilər” deyə Mövlud Çavuşoğlu Konya şəhərində xalqa müraciəti zamanı bunları dilə gətirib.  



Әlaqәli Xәbәrlәr