Mövlud Çavuşoğlu ABŞ-a sәfәr edәcәk

Türkiyәnin Xarici işlәr naziri Mövlud Çavuşoğlu Fәtullahçı Terror Tәşkilatı Paralel  Dövlәt Quruculuğunun (FETÖ/PDY) başçısı  Fәtullah Gülәnin ekstradisiya edilmәsi üçün  Amerika Birlәşmiş Ştatlarına edәcәyi sәfәrinin  tәfәrrüatlarını açıqlarıb.

537204
Mövlud Çavuşoğlu ABŞ-a sәfәr edәcәk

Türkiyәnin Xarici işlәr naziri Mövlud Çavuşoğlu  Fәtullahçı Terror Tәşkilatı Paralel  Dövlәt Quruculuğunun  (FETÖ/PDY) başçısı  Fәtullah Gülәnin ekstradisiya edilmәsi üçün  Amerika Birlәşmiş Ştatlarına edәcәyi sәfәrinin  tәfәrrüatlarını açıqladı.

M. Çavuşoğlu ABŞ-a dәlillәr ehtiva edәn sәnәd ilә hәm hüquqi, hәm dә  siyasi  görüşlәr keçirmәk üçün Әdliyyә naziri Bəkir Bozdağ ilә  birgә  gedәcәklәrini  söylәdi.

 Türkiyәnin tәlәblәrinin son dәrәcә  dәqiq  olduğunu  vurğulayan Çavuşoğlu Fətullah Gülәnin Türkiyәyә  ekstradisiya edilmәsini istәdiklәrini  qeyd etdi.

Türkiyәnin ekstradisiya tәlәbinә  bu anadәk Amerika rәhbәrliyindәn  bir cavab  ala bilmәdiklәrini  bildirәn  M.Çavuşoğlu  terror tәşkilatının başçısının  qaçmağa tәşәbbüs edә bilәcәyini söylәdi.

Amerikalı rəsmilərdәn  terror tәşkilatının başçısının  ölkədən qaçmaması üçün lazımi  tədbirləri görmәlәrini  gözlədiklərini vurğulayan Çavuşoğlu  bu mənfi ssenarini  düşünmək belə istəmədiklərini vurğuladı.

 Xarici işlər naziri M.Çavuşoğlu  ABŞ-ın Güləni  ekstradisiya etməməsi halının iki ölkə arasındakı  münasibətlərrə  xələl gətirə bilәcәyini  qeyd etdi.



Әlaqәli Xәbәrlәr