Dövlət başçısı siyasi partiyaların liderlərini dəvət edib

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı və hakim Millətçi Hərəkat Partiyasının sədri Binəli Yıldırımı  Cümhurbaşqanlığı iqamətgahına dəvət edib.

536786
Dövlət başçısı siyasi partiyaların liderlərini dəvət edib

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı və hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırımı  Cümhurbaşqanlığı iqamətgahına dəvət edib.

Cümhurbaşqanlığının Baş katibi Fahri Kasırga partiyaların Baş katiblərinə ünvanlandığı məktubda Türkiyənin 15 İyulda Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvü, əsgər forması geyinmiş bir qrup terrorçu tərəfindən həyata keçirilən silahlı və qanlı çevrilişə cəhdə məruz qaldığını qeyd edib.

Məktubda bildirilib ki, FETÖ üzvü terrorçular tərəfindən təzyiq və zorakılıqdan istifadə edərək, qanunlar çərçivəsində qurulan azad demokratiya nizamını, əsas haqq və azadlıqları, qanuni Türkiyə Cümhuriyyəti Hökumətini ortadan qaldırmaq məqsədilə həyata keçirilən, silahlı çevrilişə cəhdin qarşısı millətimizin demokratiyaya yiyə duraraq, ortaqa qoyduğu qəhrəmancasına müqavimət nəticəsində alınmışdır.

Millətin çevrilişə cəhdin qarşısında göstərdiyi qətiyyətli mövqeyin siyasi partiyalardan da gözlənildiyi vurğulanan məktubda bildirilib ki, millətimiz bu zorakılığa qarşı ortaya qoyduğu qətiyyətli mövqe ilə bütün qurumlarımıza önəmli məsuliyyətlər tapşırıb. Bu həssas zamanda birlik və bərabərliyimiz ən yüksək səviyyədə olmalıdır. Belə bir zamanda digər quruluşlarımızla yanaşı siyasi partiyalarımızın da bunu yerinə yetirməsi gözlənilir.

Həmin çərçivədə cənab Dövlət başçımız iyulun 25-i bazar ertəsi günü saat 14.00-da Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı və hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırımı həm çevrilişə cəhd qarşısındakı qətiyyətli mövqelərinə görə onlara təşəkkür etmək, həm də baş verənləri dəyərləndirərək, təkliflərini almaq məqsədi ilə   Cümhurbaşqanlığı iqamətgahına dəvət etməkdədir.



Әlaqәli Xәbәrlәr