Ərdoğan Almaniya prezidentinə və Almaniyadakı türk cəmiyyətinə başsağlığı verdi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Almaniyanın Münhen şəhərində törədilən silahlı hücumda həyatını itirən Türk vətəndaşlarının ailələrinin hər birinə ayrılıqda başsağlığı verdi.

536350
Ərdoğan Almaniya prezidentinə və Almaniyadakı türk cəmiyyətinə başsağlığı verdi

 Prezident Ərdoğan Can Leylanın atası Həsən və anası Sibel Leylaya, Səlcuq Kılıcın atası Engin və anası Yasəmin Kılıca, Sevda Dağın xanımı Hacı Dağa göndərdiyi başsağlığında hadisədən duyduğu dərin kədəri dilə gətirdi.
 
 Ərdoğan hücumda həyatını itirən vatandaşlara allahdan rəhmət dilədi, qohumlarına və Almaniyadakı Türk cəmiyyətinə də başsağlığı verdi.
 
 Qeyd edək ki,  Prezident Ərdoğan dünən Almanya Federativ Respublikasının prezidenti Joachim Gaucka da başsağlığı məktubu göndərib, silahlı təcavüzün, aralarında Türk vətəndaşlarının da olduğu çox sayda günahsız insanın həlak olması və yaralanması ilə nəticələnməsinə görə kədərləndiyini ifadə edib, bu alçaqcasına hücumu nifrətlə qınadığını və lənətləndiyini bildirib.
 
 Münhen şəhərində  alış-veriş mərkəzində və oan bitişik küçələrdə insanlara açılan atəş nəticəsində 9 nəfər həlak olub, 27 nəfər də yaralanıb.



Әlaqәli Xәbәrlәr