Dünyada Türkiyədəki dövlət çevrilişi cəhdinə etiraz səsləri yüksəlir

Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olan terrorçuların dövlət çevrilişi cəhdi ilə əlaqədar dünyadan gələn etiraz reaksiyaları davam edir.

536159
Dünyada Türkiyədəki dövlət çevrilişi cəhdinə etiraz səsləri yüksəlir
paris fetö protesto.jpg


  Kanada, Fransa və Makedoniyanın paytaxtlarında keçirilən aksiyalarda Türkiyədə dövlət çevrilişi cəhdi qınandı.
 
 Kanadanın Toronto şəhərində ölkələrindən təxminən 10 min kilometr uzaqda yerləşən yüzlərlə Türk vətəndaşı əllərində bayraqlarla çevriliş cəhdini lənətlədi.
 
 Baş konsulluğun qarşısında keçirilən etiraz mitinqində "dövlət çevrilişinə yox" deyildi.
 
 Fransanın paytaxtı Parisdə də nümayişçilər çevriliş cəhdinə etiraz etdilər.
 
 Eyfel Qülləsi yaxınlığındakı Trocadero Meydanında keçirilən aksiyada Türkiyə və Fransa vətəndaşları iştirak etdilər.
  Nümayişə İstiqlal Marşını oxumaqla başlayan etirazçılar, "Şəhidlər ölməz, vətən ölməz", "Edam tələb edirik" , "Vur, vur inləsin FETÖ dinləsin", "Hər Şey vətən üçün" şüarları səsləndirdilər.
 
 Nümayişçilərin əlində "Çevrilişlərə yox", "Xalqın seçiminə hörmət göstərin", "Seçki ilə gələn çevrilişlə getməz", "Demokratiyanın keşiyindəyik" plakatları və Türk bayraqları vardı.
 
 Makedoniyanın paytaxtı Skopyedə də FETÖ-nün çevriliş cəhdinə etiraz edildi.
 
 Türkiyənin Skopyedəki Səfirliyi qarşısında toplanan makedoniyalı Türklər Türkiyədə milli iradənin qarşında heç kimin dura bilməyəcəyini bildirdilər.
 
 Digər tərəfdən, Skopyedə FETÖ ilə əlaqəli bir kollecin məzunlarından bəziləri də çevriliş cəhdinə etirazlarını diplomlarını yandıraraq göstərdilər.
 
 Ailələri uşaqlarını heç vaxt FETÖ məktəblərinə göndərməməyə çağıran məzunlar: "Biz dünən səhv etdik, siz də eyni səhvi sabah etməyin" deyə səsləndilər.
 
 İraqın Ərbil şəhərindəki İraq Türkmən Cəbhəsinin binasında toplaşan Türkmənlər də, Türkiyədəki çevriliş cəhdini xain bir təcavüz kimi qiymətləndirdilər.
 
 İraq Türkmən Cəbhəsi Ərbil millət vəkili Aydın Maruf: "İraq Türkmənləri olaraq bu təşəbbüsü ilk gün qınadıq. Bu gün də demokratiya keşiyində olan qardaşlarımızın yanında olduğumuzu bildirmək istəyirik " dedi.



Әlaqәli Xәbәrlәr