Әdәbiyyatçılar uğursuz çevriliş cәhdini qınadılar

FETÖ-nun uğursuz çevriliş cәhdinә qarşı әdәbiyyat dünyası da etiraz reaksiyası ilə çıxış etdi.

535886
Әdәbiyyatçılar  uğursuz çevriliş cәhdini qınadılar

FETÖ-nun uğursuz çevriliş cәhdinә qarşı әdәbiyyat dünyası da etiraz reaksiyası ilə çıxış etdi.   

 Ukrayna, Kosovo, Hindistan, Fələstin, Səudiyyə Ərəbistanı, Əlcəzair və Almaniyada dərc olunan ədəbiyyat jurnallarnın redaksiya heyətləri  Fətullahçı Terror Təşkilatının  çevriliş cəhdini qınayıblar .

 Ukraynada dərc olunan ‘‘Minareth’’  jurnalının Baş redaktoru   Kazım Kukhammedov  Ukraynada yaşasalarda ürəklərinin Türkiyənin yanında olduğunu ifadə edib.

Kosovoda dərc olunan ‘‘Türkçәm’’ jurnalının  redaksiya  heyətinin üzvü Canan Özer: ‘‘Vәtәnimizә vә xalqımıza keçmiş olsun’’ deyәrәk çevriliş cәhdini pislәyib.

Fələstində yayımlanan ‘‘Reyhana’’ jurnalının Baş redaktoru Leyla Galyun uğursuz çevriliş cәhdini qınadığını ifadә edәrәk: ‘‘Allah Türkiyәni, xalqını vә dövlәt başçısını qorusun’’ deyib.

 Səudiyyə Ərəbistanının  ‘‘Əl Bəyan’’ jurnalından  Məhəmməd Sadiq  Türk  xalqına xəyanət edən bir qrup satqın tərəfindən hәyata keçirilәn uğursuz  çevriliş cәhdini  pislədiklərini bildirib.

 Əlcəzairdə dərc olunan ‘‘Al Bassira’’ jurnal qrupunun sədri Dr. Abderrahman Tommy, Almaniyada  yayımlanan  ‘‘Referans’’ jurnalından  Mahmud Aşkar  vә Hindistanda  dәrc olunan ‘‘Al Muallim’’ jurnalından Ubaidur Rәhman üğursus çevriliş cәhdini pislәdiklәrini vurğulayıblar.   



Әlaqәli Xәbәrlәr