Türkiyədə vətəndaşlar demokratiyanı qorumaq naminə yenə də meydanlarda

Ölkə daxilində vətəndaşlar Fetullahçı Terror Təşkilatının bir qrup üzvü tərəfindən çevirilişə cəhdinə qarşı əllərində bayraqlarla meydanlarda toplanmaqda davam edir.

534793
Türkiyədə vətəndaşlar demokratiyanı qorumaq naminə yenə də meydanlarda

Ölkə daxilində vətəndaşlar Fetullahçı Terror Təşkilatının bir qrup üzvü tərəfindən çevirilişə cəhdinə qarşı əllərində bayraqlarla meydanlarda toplanmaqda davam edir.

FETÖ və PDY üzvü əsgərlərin hərbi çevirilişə cəhdindən dərhal sonra dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın “Millətimə çağırış edirəm, meydanlara gəlin, meydanlarda bunlara ən gözəl cavabı verək. Bu cəhdin müvəffəqiyyətli olacağına inanmıram. Tarix boyunca çevriliş edənlərin heç biri uğur qazana bilməyib.” çağırışı ilə Ədirnədən Hakkariyədək ölkənin dörd bir tərəfində meydanlara çıxan vətəndaşlar şənbə, bazar , bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günü olduğu kimi, cümə axşamında da axşam saatlarından etibarən meydanlara axın edib.

Cinsindən və yaşından asılı olmayaraq minlərlə insan cümə günündən bu günədək gecədən səhərə kimi tərk etmədikləri meydanlarda demokratiya və milli iradəyə dair şüarlar səsləndirib, hazırladıqları plakatları nümayiş etdiriblər.

Ankarada Kızılay meydanında, İstanbulda Taksim meydanında demokratiya qoruyucuları dövlət başçısına sevgi və inamlarını da ifadə ediblər. On minlərlə vətəndaş 15 iyul çevirilişə cəhdi qətiyyətlə pisləyərək milli iradəsini, birliyini göstərib.

Boğaziçi körpüsündə də tank və silah səsi yerinə vətəndaşların demokratiya və ölkəsinə bağlılıq səsləri eşidilib. Minlərlə insan çevirilişə cəhd zamanı əzm və qəhrəmanlıqla dastan yazanları, şəhid olanları yad edib.

İstanbulda vətəndaşların toplandığı digər bir yer isə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Kısıklıda yerləşən iqamətgahı önü olub. Burada da vətəndaşlar demokratiya naminə birliyini nümayiş etdirib.



Әlaqәli Xәbәrlәr