PKK-ya qarşı əməliyyatlar zamanı 3 polis şəhid olub

Diyarbəkirin Ergani qəsəbəsində PKK-ya qarşı əməliyyatlar zamanı 3 polis şəhid olub, biri isə yaralanıb.

534772
PKK-ya qarşı əməliyyatlar zamanı 3 polis şəhid olub

Diyarbəkirin Ergani qəsəbəsində PKK-ya qarşı əməliyyatlar zamanı 3 polis şəhid olub, biri isə yaralanıb. Təhlükəsizlik qüvvələri PKK terror təşkilatı üzvlərinin “hücrə evi” kimi istifadə etdiyi məkanın təyinindən sonra ünvanda dərhal əməliyyata başlayıb. Əməliyyatda terrorçuların açdığı ilk atəş nəticəsində iki polis əməkdaşı şəhid olub, ikisi isə yaralanıb. Polislərin cavab atəşi bir terrorçu zərərsizləşdirib. Ergani Dövlət Xəstəxanasına aparılan iki yaralı polisdən biri müdaxilələrə baxmayaraq şəhid olub.

Bölgədə qarşıdurma davam edir. Vətəndaşlara ziyan dəyməməsi məqsədiylə ətrafdakı bəzi evlər boşaldılır.



Әlaqәli Xәbәrlәr