“Elan edilən fövqəladə vəziyyət rejimi yeni bir istiqlal mübarizəsidir”,R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 3 ay müddətinə elan edilmiş fövqəladə vəziyyətin yeni bir istiqlal mübarizəsi mənasını daşıdığını söyləyib.

534736
“Elan edilən fövqəladə vəziyyət rejimi yeni bir istiqlal mübarizəsidir”,R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 3 ay müddətinə elan edilmiş fövqəladə vəziyyətin yeni bir istiqlal mübarizəsi mənasını daşıdığını söyləyib.

Fövqəladə vəziyyətin demokratik qurumların daha yaxşı işləməsi üçün elan edildiyini dilə gətirən Ərdoğan vurğulayıb ki, bu şərtlər altında evlərindən çıxıb küçələrə axın edərək gələcəyinə yiyə duran millətimlə qürur duyuram.

Dövlət başçısı bunları “Reuters”ə Fətullahçı Terror Təşkilatı FETÖ-nün çevrilişə cəhd etdiyi 15 iyul axşamı və daha sonra yaşananlar haqqında verdiyi müsahibəsində deyib.

Hadisəni ilk olaraq bir qohumundan öyrəndiyini daha sonra bunun təsdiqi gəlincə isə kütləvi informasiya vasitələrindən xalqı meydanlara çağırdını xatırladan Ərdoğan Marmarisdən İstanbula təhlükəli şəraitdə gəldiyini, Atatürk Hava Limanına çatandan sonra dövlətin təyyarələri ilə xeyli aşağıdan uçan terrorçulara baxmayaraq vəziyyətə hava limanından nəzarət etdiyini və ancaq ertəsi gün günorta saatlarında nəzarət tamamilə təmin edildiktən sonra iqamətgahına gəldiyini söyləyib.  

Beləliklə milli iradənin nə məna daşıdığının ortaya qoyulduğunu vurğulayan dövlət başçısı bildirib ki, 15 iyul gecəsi Türkiyə Böyük Millət Məclisi, Cümhurbaşqanlığı iqamətgahı və Polis Təşkilatının da bombalanması hədəfin millət olduğunu ortaya qoydu. Buna müqavimət göstərən 246 nəfər şəhid oldu, 2 185 nəfər isə yaralandı.

İqtisadiyyat olaraq isə çox çətin şərtlərin öhdəsindən gələrək uğurlar əldə edildiyini vurğulayan Ərdoğan bütün yatırımların və layihələrin həyata keçirilməyə davam edəcəyini, maliyyə əsaslarından güzəştə gedilməyəcəyini, bunun əksini iddia edən beynəlxalq quruluşların demokratiyadan deyil çevrilişdən tərəf mövqe ortaya qoyduqlarını söyləyib.

Türkiyənin birlik, bərabərlik və qardaşlığa hər zamankindən daha çox ehtiyacı olduğunu dilə gətirən Dövlət başçısı Ərdoğan vətəndaşların da hansı siyasi düşüncədə olarsa olsunlar bu çevrilişə cəhdin arxasında olmamalarının vacibliyini qeyd edib.



Әlaqәli Xәbәrlәr