“Demokratiyanın qorunmasında müqavimət göstərənləri gələcək nəsillər unudmayacaqdır”, R.T.Ərdoğan

Ərdoğan 15 iyul tarixini "Şəhidlərin xatirəsini anım günü" olaraq elan etdiyini söyləyib.

534767
“Demokratiyanın qorunmasında müqavimət göstərənləri gələcək nəsillər unudmayacaqdır”, R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan gələcək nəsillərin 15 iyulda demokratiyanın qorunması üçün ortaya qoyduğu müqavimətin qəhrəmanlarını unudmayacağını bildirib.

15 iyul tarixini şəhidlərin xatirəsini anım günü olaraq elan etdiyini söyləyən Ərdoğan Cümhurbaşqanlığı iqamətgahında təşkil etdiyi mətbuat konfransında Türkiyənin tarixinin ən xain, ən satqın silahlı çevriliş cəhdinə qarşı müqavimətini qətiyyətli şəkildə davam etdirdiyini, Türk millətinin tarix yazan bir millət olduğunu bir daha ortaya qoyduğunu vurğulayıb.

“Millətimə deyirəm ki, demokratiyanın keşikçisi olaraq tədbirlərimizi sonunadək davam etdirərək, tarixə qızıl hərflərlə yazdığımız bu qələbəni başımızın üzərində tutağın” deyə bildirən Әrdoğan vətəndaşlara hər xəbərə etibar etməmələrini də söyleyib.

Dövlət başçısı Ərdoğan bildirib ki, dövlətimiz bütün qurumları və milləti ilə ayaqdadır, hər şey nəzarət altındadır. Fətullahçı Terror Təşkilatı (FETO) üzvlərinin qurumlarımızdan təmizlənmə prosesi sürətli şəkildə davam edir.  Milli Təhlükəsizlik Şurası tərəfindən tövsiyə edilən, Nazirlər Kabineti tərəfindən qərar kimi qəbul edilən fövqəladə vəziyyətin elanı ilə əlaqəli proses də Məclisdə artıq yekunlaşdırıldı.  

Türkiyənin bir hüquq dövləti olduğunu vurğulayan Ərdoğan çevrilişə cəhdin qarşısının alınması üçün görülən və görülməkdə davam edən tədbirlərin də demokratiya, hüquq dövləti, əsas haqq və azadlıqlara hörmət çərçivəsində olmuşdur deyə ifadə edib.  



Әlaqәli Xәbәrlәr