ABŞ Türkiyə ilə əməkdaşlıq edəcək

Amerika Birləşmiş Ştatlarının vitse-prezidənti Co Bayden FETÖ-nün dəstəbaşı Fətullah Gülənin qaytarılması barədə Türkiyə ilə əməkdaşlıq edəcəklərini söyləyib.

534817
ABŞ Türkiyə ilə əməkdaşlıq edəcək

Amerika Birləşmiş Ştatlarının vitse-prezidənti Co Bayden FETÖ-nün dəstəbaşı Fətullah Gülənin qaytarılması barədə Türkiyə ilə əməkdaşlıq edəcəklərini söyləyib.

Baş Nazirliyin mənbələrindən verilən məlumata əsasən  Co Bayden Baş nazir Binəli Yıldırıma zəng edib.

Görüşdə Bayden millətin çevrilişə cəhd qarşısında ortaya qoyduğu cəsarəti tərifləyib və ölkəsinin də çevrilişə cəhdi dərhal pislədiyini deyib.

Müttəfiqlərinin Türkiyəyə dəstək verməkdə davam edəcəklərini bildirən Bayden Fətullah Gülənin Türkiyəyə verilməsi barədəki gözləntiləri bildiyini, bu mövzuda ABŞ məhkəmələri tərəfindən qerar verilməsinin lazım olduğunu, hər şərtdə mövzu ilə bağlı olaraq Türkiyə ilə birlikdə çalışacaqlarını bildirib.

Baş nazir Binəli Yıldırım da Dövlət başçısı Ərdoğanın rəhbərliyində millətin və təhlükəsizlik qüvvələrinin cəsur bir mübarizə ilə FETÖ-nün çevrilişə cəhdinin qarşısının alındığını söyləyib.

Terrorçuların 246 günahsız vətəndaşı qətlə yetirdiyini, 1536 vətəndaşı isə yaralandığını bildirən Baş nazir Türkiyə-ABŞ arasındakı əlaqələrin strateji əhəmiyyətinə toxunaraq Fətullah Gülən və başçılıq etdiyi terror təşkilatının zərərli fəaliyyətləri barədə ABŞ rəhbərliyinə uzun müddətdir xəbərdarlıq edildiyi, bu çərçivədə 15 iyul günü  baş verən çevrilişə cəhdin dəstəbaşı olan Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün vacib olan müraciət sənədlərinin bu ölkəyə çatdırıldığını və bir müttəfiq olaraq ABŞ-dan gözləntilərinin Fətullah Gülənin Türkiyəyə verilməsi olduğunu qeyd edib.

FETÖ-nün dəstəbaşının qaytarılması ilə əlaqəli olaraq ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi də açıqlama verərək bildirib ki, qaytarılma prosesi üçün Türkiyə tərəfindən göndəriləcək bir heyətlə Vaşinqtonda görüşə bilərik.

Kirbi həmçinin Türkiyənin tələbi olacağı təqdirdə Fətullah Gülənin qaytarılması prosesinə kömək olmaları üçün birgə bir heyəti Ankaraya göndərə biləcəklərini söyləyib. 

 

 



Әlaqәli Xәbәrlәr