Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yaydı

Türkiyə Silahlı Qüvvələriin Baş Qərargahı FETÖ-nün iyulun 15-dəki dövlət çevrilişi təşəbbüsünə qoşulanların ən ağır şəkildə cəzalandırılacaqlarını bildirdi.

534502
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yaydı


  Baş Qərargah  son hadisələr ilə əlaqədar yeni bəyanat yaydı.
 
 15 iyul axşamı xain təşəbbüs xəbərinin alındığı andan qarşısı alınanadək keçən prosesin detallı şəkildə açıqlandığı  bəyanatda: "Bu zilləti və rəzaləti Türkiyə Respublikası dövlətinə, keçmişi şan və şərəflə dolu Türk Silahlı Qüvvələrinə və nəcib millətimizə yaşadan alçaqlar ən ağır şəkildə cəzalandırılacaqlar" deyilir.
 
 Bəyanat: "Türkiyə Silahlı Qüvvələri ən gənc əsgərindən tutmuş, ən yüksək rütbəli general/admiralına qədər bütün heyəti ilə demokratik hüquq sistemi çərçivəsində dövlətimizin və uca millətimizin əmrinə müntəzir halda vəzifəsinin başındadır" ifadəsi ilə bitir.



Әlaqәli Xәbәrlәr