Dünya ölkələrində Türkiyədə çevriliş cəhdinə qarşı etiraz reaksiyaları davam edir

Fətullahçı Terror Təşkilatının 15 iyulda qarşısı alınan dövlət çevrilişi cəhdindən sonra  dünyadan gələn reaksiyalar  davam edir.

534560
Dünya ölkələrində Türkiyədə çevriliş cəhdinə qarşı etiraz reaksiyaları davam edir

 Amerika Birləşmiş Ştatları, Əfqanıstan və Kuzey Kıbrıs Türk Cümhuriyyətində (Şimali Kıbrıs Türk Respublikasında) FETÖ-yə qarşı etiraz reaksiyası verənlər küçələrə çıxdılar.
 
 Almaniyanın paytaxtı Berlində media strukturları yaydıqları birgə bəyanat ilə dövlət çevrilişi cəhdini qınadılar.
 
 Makedoniya Xarici İnvestisiyalar üzrə Dövlət Naziri Furqan Çako da çevriliş cəhdinə sərt reaksiya göstərdi və: "Bu gün Milli İradə günüdür"  dedi.
 
 Tunisdə də En-Nahda hərəkatı lideri Raşid Gannuşi: "Qanuni hökumətin hərbi çevrilişə  məruz qalması dəhşətli idi" dedi.



Әlaqәli Xәbәrlәr