“Bu əsgərlər Türkiyəyə qaytarılmazsa, əlaqələr korlana bilər”, K.Uras

Türkiyənin Afinadakı səfiri Kərim Uras bunu iyulun 15-də çevrilişə cəhddə iştirak etdikdən sonra hərbi helikopterlə Yunanıstana qaçaraq siyasi sığınacaq istəyən 8 əsgərlə əlaqəli açıqlamasında deyib.

534268

Yunanıstanda çevrilişə cəhd edənlərin qaytarılmasına dair səy olduğuna da diqqət çəkən səfir Uras bildirib ki, Türkiyədə ictimaiyyətin mövzuyla əlaqəli həssaslığı var. Bunlar Türkiyə Böyük Millət Məclisinə, öz xalqına atəş edir. Bu bir insan haqqları hadisəsi deyildir. Bu əsgərlər günah işləyiblər.

Səfir əsgərlərin Türkiyədə ədalətli şəkildə mühakimə ediləcəyini də vurğulayıb.

Digər tərəfdən Yunanıstana qaçan 8 əsgərin təhlükəsizlik səbəbindən nəzarət altında tutulduqları Fərəcik həbsxanasından Kavalaya nəql edildikləri bildirilib.

8 əsgər haqqında Dədəağaçdakı müvafiq məhkəmənin ilk hissəsi iyulun 19-da baş tutmuşdu. Vəkillərin tələbi ilə təxirə salınan məhkəmə bugün keçiriləcək.

Türkiyədəki çevrilişə cəhd zamanı Yunanıstan sərhədindən keçdikdən sonra təcili eniş üçün siqnal verən helikopterlər Dədəağaç şəhərinə iyulun 16-da eniş etmişdi.

Siyasi sığınacaq istəyən 8 əsgər qeyri-qanuni yollardan ölkəyə girdiklərinə görə saxlanılmışdı.

Әlaqәli Xәbәrlәr