Xarici kütləvi informasiya vasitələri Ankarada

Türkiyədəki xarici kütləvi informasiya vasitələri 15 İyul çevrilişə cəhdin izlərini yerindəcə tədqiq etmək məqsədi ilə Ankaraya gəlib.

533180
Xarici kütləvi informasiya vasitələri Ankarada

Türkiyədəki xarici kütləvi informasiya vasitələri 15 İyul çevrilişə cəhdin izlərini yerindəcə tədqiq etmək məqsədi ilə Ankaraya gəlib.

Baş Nazirliyin Mətbuat Yayım İnformasiya Müdirliyinin təşkil etdiyi proqramda jurnalistlər çevrilişə cəhd zamanı hədəf götürülən əsas yerləri gəziblər.

Baş nazirin müavini Numan Kurtulmuş jurnalistlərlə Çankaya köşkündə bir araya gələrək, o gecə baş verənləri izah edib.

Jurnalistlər daha sonra hücumların hədəflərindən biri olan Türkiyə Böyük Millət Məclisini (TBMM) ziyarət edərək 15 İyul gecəsi yaşanan xəyanətin izlərini yerindəcə tədqiq ediblər.

Türkiyə Böyük Millət Məclisinin Baş katibi İrfan Nəziroğlu o gecə Qazi Məclisdə yaşananları jurnalistlərə izah edib.

Xarici kütləvi informasiya vasitələri çevrilişə cəhd nəticəsində ciddi mənada ziyan vurulan Ankaradakı Vilayət Polis Müdirliyini də ziyarət edərək xarabaya çevrilmiş binada xain hücumların nə qədər mərhəmətsiz şəkildə həyata keçirildiyini görüblər.

Çevrilişə cəhd zamanı ən şiddətli hücumun həyata keçirildiyi Ankaranın Gölbaşı qəsəbəsindəki Xüsusi Hərəkat İdarəsi Sədrliyini də ziyarət edən jurnalistlər 47 polis əməkdaşının şəhid olduğu mərkəzi də yaxından görüblər.

Müxtəlif ölkələrdən gələn jurnalistlər,  çevrilişə cəhd edənlərin hədəfində olan Türkiyə Radio və Televiziya Qurumunu (TRT) da ziyarət ediblər.

Jurnasitləri TRT Xəbər və İdman Yayımları İdarəsinin sədr müavini Kudrət Doğandəmir qarşılayıb.

Doğandəmir o gecə xainlərin hər kəsi yerə yatırdıb arxadan qollarını bağladıqlarını söyləyərək, jurnalistlərə o gecə silah gücü ilə girilən studiyanı da gəzdirib.

Xarici kütləvi informasiya vasitələri TRT-dəki həmkarlarının dəhşəti yaşadığı yerlərdə çəkilişlər də aparıblar.



Әlaqәli Xәbәrlәr