Xain çevriliş cǝhdindǝ  hǝyatını itirǝnlǝrin sayı 240 nǝfǝrǝ çatıb

Fetullahçı Terror Təşkilatının 15 iyul tarixindǝki xain çevriliş cǝhdi ǝsnasında həyatını itirənlərin sayı 240 nǝfǝrǝ çatıb

533295
Xain çevriliş cǝhdindǝ  hǝyatını itirǝnlǝrin sayı 240 nǝfǝrǝ çatıb

 Min 535 nǝfǝrin dǝ yaralandığı xain hadisǝdǝ ölǝnlǝrdǝn 62-si polis, 5-i əsgər, 173-ü isǝ mülki vǝtǝndaşdır. Yaralananlardan 623 nǝfǝrin xəstəxanalarda müalicəsi davam edir.

Cevriliş cǝhdi ilǝ ǝlaqǝli başladılan istintaq çǝrçivǝsindǝ aralarında əsgər, polis, ǝdliyǝ mənsubu və vətəndaşların da olduğu 8 min 724 nǝfǝr nǝzarǝtǝ alınıb..

Bunlardan 1203-ü həbs olunub. Mǝlumata görǝ saxlananlardan 36-sı polis, 18-general, 65-i zabit, 601-i əsgər, 301-i hakim və prokuror, 182-si də mülki vǝtǝndaşdır. Çevriliş cǝhdinǝ qatılanlardan 24-ü isǝ öldürülüb.



Әlaqәli Xәbәrlәr