Türkiyə xalqı demokratiyanı qorumaqda davam edir

Paytaxt Ankarada demokratiya keşikçiləri axşam saatlarında yenidən meydanlara axın edib.

533164
Türkiyə xalqı demokratiyanı qorumaqda davam edir

Fetullahçı Terror Təşkilatının (FETÖ) çeviriliş cəhdinə qarşı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın çağırışıyla ilk gündən indiyədək meydanları boş buraxmayan Türkiyə xalqı ölkənin 81 şəhərində demokratiya keşikçisi olmaqda davam edir.

Paytaxt Ankarada demokratiya keşikçiləri axşam saatlarında yenidən meydanlara axın edib. İş saatını bitirən minlərlə vətəndaş əllərində Türkiyə bayrağı Kızılay Meydanına toplanıb.

Bundan başqa Beştəpədə yerləşən Cümhurbaşkanlığı İqamətgahı ətrafında xüsusiylə axşam saatlarında polislərlə bərabər keşikdə duran vətəndaşlar bəzən namazlarını Millət Məscidində qılırlar. Namazdan sonra çevrilişə cəhd zamanı şəhid olanlar üçün Qurani-Kərimdən ayələr səsləndirilir, dualar oxunur.

İstanbulda da minlərlə insan demokratiyanı qorumaq naminə Taksim Meydanında toplaşıb. Onların arasında ölkənin tanınmış sənət adamları da var.

Kısıklıda dövlət başçısının iqamətgahı önündəki meydanda toplanan vətəndaşlar “çeviriliş yox”, “demokratiya var olsun” şüarları səsləndiriblər.

Saraçhanədə toplanan demokratiya keşikçiləri arasında isə İstanbul Böyükşəhər Bələdiyyəsi rəhbəri Qədr Topbaş da olub.



Әlaqәli Xәbәrlәr