R.T.Ərdoğan və Barak Obama görüşüb

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

533158
R.T.Ərdoğan və Barak Obama görüşüb

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

Məlumata görə ABŞ prezidenti iyulun 15-də baş vermiş çevirilişə cəhdi pisləyərək Türkiyədə demokratiyanı dəstəklədiklərini bildirib. Obama çevirilişə cəhdin qarşısının alınmasında Türkiyə xalqının qətiyyət və əzmkarlıq göstərməsindən təsirləndiyini deyib. O, bunun xalqın demokratiyaya bağlılığının göstəricisi olduğunu vurğulayıb. ABŞ prezidenti çevirilişə cəhdlə bağlı aparılan əməliyyatlara dair istənilən əməkdaşlığa hazır olduqlarını da vurğulayıb.

Rəcəb Tayyib Ərdoğanla telefon görüşündə bir daha həmkarının diqqətinə çatdırıb ki, çevirilişə cəhdin arxasında Fəthullahçı Terror Təşkilatı (FETÖ) dayanır. Fətullah Gülənin Türkiyəyə ekstradisiyasını da gündəmə gətirən Ərdoğan məsələnin əks olunduğu bütün işlərlə bağlı sənədlər toplusunun ABŞ-a çatdırıldığını vurğulayıb.

ABŞ prezidenti Barak Obama Gülənlə əlaqədar qovluğun ciddi şəkildə araşdırılacağını deyib.

İkitərəfli telefon danışığından sonra Ağ Ev sözçüsü Corş Ernest mətbuat konfransında Türkiyənin Fəthullah Gülənin geri qaytarılmasına dair  göndərdiyi dəlillər toplusunun çatdığını bildirib.

Corş Ernest məslələnin iki ölkə arasındakı müvafiq razılaşma maddələri və Amerika qanunlarına əsasən həll ediləcəyini deyib. Ağ Ev sözçüsü bu məsələdə Türkiyəyə istənilən dəstəyin veriləcəyini əlavə edib.

ABŞ Dövlət Katibinin sözçüsü Mark Toner isə bildirib ki, Fətullah Gülənin qaytarılmasıyla əlaqədar Türkiyənin rəsmi müraciətinin araşdırılması zaman alacaq. Ondan sonra qərar veriləcək.



Әlaqәli Xәbәrlәr