Dünya ictimaiyyətinin kəskin reaksiyası davam edir

Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdinə dünya ictimaiyyəti kəskin reaksiya göstərməkdə davam edir.

533147
Dünya ictimaiyyətinin kəskin reaksiyası davam edir

Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdinə dünya ictimaiyyəti kəskin reaksiya göstərməkdə davam edir.

Şimali Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Hüseyn Özgürgün Türk millətinin özünə yaraşan şəkildə demokratiyaya yiyə durduğunu söyləyib.

Anavətən Türkiyədə kiçik bir problem olsa onların da bunu dərindən hiss etdiklərini bildirən Özgürgün Türkiyədə vəziyyət nə qədər yaxşı olsa onların da o qədər yaxşı olduqlarını, Türkiyədə nə qədər dinclik, sabitlik varsa Şimali Kıbrıs Türk Cümhuriyyətində də dinclik və sabitliyin olduğunu vurğulayıb.

İraq Kürd Regional İdarənin Baş naziri Nəçirvan Bərzani də açıqlama verərək deyib ki, Türkiyədəki çevrilişə cəhdin uğursuz nəticələnməsi və xalqın iradəsinin qazanması bizi çox sevindirdi. Bununla da bir daha xalqın iradəsinin hər şəyin üzərində olduğu sübuta yetirildi.

Bu arada Fətullahçı Terror Təşkilatının (FETO) çevriliş cəhdinə reaksiya və Dövlət başçısı Rəcəb Tayyib Әrdoğana dəstək məqsədilə Kosovada “Facebook” üzərindən açılan səhifə vətəndaşların böyük marağına səbəb olub.

Kosovadan Әrdoğana dəstək (Support for Erdoğan from Kosova) adı ilə açılan səhifə qısa müddətdə 22 mindən artıq insan tərəfindən bəyənilib.

Çevriliş cəhdi əleyhinə dair və Әrdoğana dəstək yazılarının paylaşıldığı səhifənin xeyli sayda kosovalı siyasi xadimin sosial şəbəkədəki media səhifələrindən daha çox bəyənilməsi isə diqqət çəkib.



Әlaqәli Xәbәrlәr