Baş nazir Yıldırım, Gürcüstan Baş naziri Kvirikaşvili ilǝ Çankaya köşkündǝ görüşüb

Baş nazir Binali Yıldırım, 15 iyulda hǝyata keçirilǝn vǝ uğursuzluqla nǝticǝlǝnǝn xain çevriliş cǝhdinin heç bir ölkə ilə xarici və iqtisadi əlaqələrimizdǝ mǝnfi tǝsirinin olmadığını bildirib.

533226
Baş nazir Yıldırım, Gürcüstan Baş naziri Kvirikaşvili ilǝ Çankaya köşkündǝ görüşüb

Baş nazir Yıldırım, Türkiyǝdǝ sǝfǝrdǝ olan Gürcüstan Baş naziri Giorgi Kvirikaşvili ilǝ Çankaya köşkündǝ görüşüb.

Tǝkbǝ-tǝk vǝ heyətlər arası görüşmələrdǝn sonra Türkiyə-Gürcüstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yığıncağı keçirilib. İki hǝmkar daha sonra birgǝ mǝtbuat konfransı tǝşkil edib.

Baş nazir Binali Yıldırım, Fetullahci Terror Təşkilatının çevriliş cǝhdinǝ toxunaraq, demokratiyanın qǝlǝbǝ qazanması ilǝ nǝticǝlǝnǝn bu prosesdǝ bir çox dost ölkə, qonşu və müttǝfiqin dəstək mesajları verdiyini, bu çǝrçivǝdǝ cǝnab Kvirikaşvilinin xain çevriliş cəhdinin ilk saatlarında Türkiyǝnin Tbilisidǝki səfirliyi ilə ǝlaqǝ saxladığını vǝ güçlü dǝstǝyini açıqladığını vurğulayıb.

Çevriliş cǝhdinin qarşısının alındığını, Türkiyədə həyatın normal hal aldığını ifadǝ edǝn Baş nazir Yıldırım “Hǝm iqtisadi göstəricilər vǝ bazar, həm də iqtisadi həyat olduğu kimi davam edir. Bu mənfur hadisədən ötəri heç bir ölkə ilə xarici əlaqələrimizdə, iqtisadi münasibətlərimizlǝ ǝlaqǝli problem yaranmadı, tərəddüd yaşanmadı. Demokrasimiz, siyasi vǝ   dövlət təşkilatlarımızın adi fəaliyyətləri davam etdi. Bu da güçlü demokratiyamızın, siyasi mədəniyyət və təşkilatlarımızın, güvən və sabitliyin hökm sürdüyü böyük Türkiyənin bir göstəricisidir” deyǝ qeyd edib.

15 iyulda xain çevriliş cǝhdinǝ qatılanlara, vətəndaşlarımıza ateş açanlara, tank sürənlǝrǝ, bombalar yağdıranlara lazımlı cavabın vǝ cǝzanın verilǝcǝyini ifadǝ edǝn Baş nazir Yıldırım, cinayǝtkarlar ilǝ ǝlaqǝli başladılan istintaqın hüquq normları çǝrçivǝsindǝ davam edǝcǝyini deyib.

Çevriliş cəhdini pislǝmǝk vǝ reaksiyalarını sǝslǝndirmǝk üçün meydanlara axışanlara da tǝşǝkkürlǝrini bildirǝn Baş nazir: “Çevriliş cǝhdinin qarşısını alan gerçək qəhrəmanlar əziz Türk millətidir. Tankın qarşısında xalqın gücü qalib olub” deyǝ vurğulayıb.

Gürcüstan prezidenti Kvrikaşvili də, hǝrbi çevriliş cǝhdini kǝskin dillǝ qınadığını, demokratik yolla seçilmiş hökumətǝ dǝstǝklǝrinin davam etdiyini bildirib. Türkiyənin, Gürcüstanın ərazi bütövlüyünə və NATO-ya üzvlük prosesinə güçlü dǝstǝk verdiyini  xatırladan vǝ  bundan ötǝri tǝşǝkkürlǝrini bildirǝn Kvirikaşvili: “Türkiyǝ 2006-cı ildǝn bǝri Gürcüstanın ən əhəmiyyətli ticarət ortağıdır. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindǝn başqa, iş həyatı, yük daşıma sektoru, səhiyyə, kənd təsərrüfatı ilǝ ǝlaqǝdar imzalanan sazişlərlə iki ölkənin strateji əlaqələri daha da irǝli pillǝlǝrǝ qalxacaq”.



Әlaqәli Xәbәrlәr