Türkiyənin ortaya qoyduğu mövqeyə digər ölkələrin nümayəndələri də çox sevindi

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Yaşar Halid Çevik Türk xalqının Fətullahçı Terror Təşkilatının (FETÖ) çevrilişə cəhdinə qarşı mövqeyi ilə əlaqəli olaraq beynəlxalq aləmdən xeyli təbrik mesajı aldıqlarını söyləyib.

532646

FETÖ-nün çevrilişə cəhdi zamanı fəal və çətin bir proseslə qarşı-qarşıya olduqlarını bildirən Çevik bu prosesdə həmkarlarını doğru məlumatlandırmağa səy göstərdiklərini qeyd edib.

“Bunun nəticəsi olaraq 15 İyulda BMT Baş katibi, ertəsi gün isə BMT Baş Məclisinin sədri açıqlama verdi. Hadisənin başlaması ilə səhərədək olan prosesdə rəsmilərdən, xüsusilə xalqın küçələrə axışıb çevriliş cəhdinin qarşısında dayanması ilə təbrik, təqdir və cəsarət verən, insanı duyğulandıran çoxlu sayda təbrik mesajı aldıq, Türk xalqını alqışlayan təbrik sözləri söyləndi”-deyə Türkiyənin BMT-dəki daimi nümayəndəsi Yaşar Halid Çevik vurğulayıb.

Nümayəndə onu da əlavə edib ki, sözün düzünü dəsəm, Türkiyənin bu cür qurumları ilə çevrilişə cəhdin qarşısını alması bizi qürurlandırdığı qədər, Türkiyəni səvən, Türkiyənin dostu olan xeyli sayda ölkənin BMT-dəki nümayəndələrini də sevindirdi və dəstəklərin artmasına imkan yaratdı. Türk xalqının, millətinin bu mövqeyi qarşı-qarşıya olduğumuz dünyadaki çətin şərtlərdə dünyanın gələcəyi baxımından müsbət bir göstəricidir.

Әlaqәli Xәbәrlәr