Şan-şöhrətlə dolu Türkiyə Silahlı Qüvvələri yenə şərəfli yolundadır

Demokratik hüquq sistemi daxilində dövlətin və ali millətin əmrində olduğunu bildirən Türkiyə Silahı Qüvvələri (TSK) ölkədə mütləq hakimiyyət təmin edildiyini açıqlayıb

532777
Şan-şöhrətlə dolu Türkiyə Silahlı Qüvvələri yenə şərəfli yolundadır

  TSK tərəfindən verilən açıqlamada bildirilir: “15 İyul çevriliş cəhdinı planlayan əsgər uniforması geymiş, əli qanlı terrorçularla ordunun böyük əksəriyyətini təşkil edən qəhrəman və fədakar mənsubları arasında heç bir əlaqə yoxdur.

  Türkiyə Silahlı Qüvvələri daxilində qeyri-qanuni quldur qruplaşmasının terrorçu xainlərinin (FETÖ) 15 iyul 2016-cı il tarixində başlanan çevriliş cəhdinin qarşısı 17 iyul 2016-cı il tarixində yerli saatla 16.00-da tamamilə alındı. Türkiyə Silahlı Qüvvələrinin birlik və qurumlarının hamısında mütləq nəzarət təmin edildi.

  Milli Kəşfiyyat İdarəsinin 15 iyun yerli saatla 16.00-da verdiyi məlumata əsasən hərəkətə keçilərək bu alçaq və xain çevriliş cəhdi məsul rəsmi idarələrə xəbər verilmiş və əmrlər dərhal və detallı şəkildə icra olunmuşdur.

  Bütün bunlara baxmayaraq, içərimizdə xərçəngə çevrilmiş bir qrup xain onlara əmanət edilmiş və düşmənə qarşı istifadə olunmalı silahlardan dövlətimizə, yoldaşlarına və xalqımıza qarşı tərəddüd keçirmədən yararlanmışlar. Bu qeyri-qanuni dəstəyə mənsub olan terrorçu xainlər (FETÖ) Baş Qərargah rəisini 2 saylı sənədi imzalamaq və televiziyada oxumaq üçün təhdid ediblər. Ancaq xainlərin bu tələbləri Baş Qərargah rəisi tərəfindən təhqiramiz ifadələrlə, sərt etirazla rədd olunub.

  Bu çərçivədə yüksək siyasi liderlik, Türkiyə Silahlı Qüvvələrinin həqiqi övladları, qəhrəman polis və millətimizin terrorçu xainlərlə mübarizəsi nəticəsində bağrımızda bəslədiyimiz ilanlara (FETÖ) layiq olduqları cavab verilib.

  Bu rəzaləti Türkiyə dövlətinə, keçmişi şan və şöhrətlə dolu Türkiyə Silahlı Qüvvələrinə, millətimizə yaşadan alçaqlar ən ağır şəkildə cəzalandırılacaqlar. Hazırda Türkiyə Silahlı Qüvvələri demokratik hüquq sistemi çərçivəsində dövlətimizin və millətimizin əmrində vəzifəsinin başındadır.

  Buna görə ali millətimizin əsgər paltarı geymiş, əli qanlı xainlərdən ibarət, qeyri-qanuni təşkilat mənsubu terrorçu xainlərlə (FETO) vəzifəsinin başında olan, ölkəmizin mövcudluğu üçün mübarizə aparan Türkiyə Silahlı Qüvvələrinin qəhrəman və fədakar mənsublarını çox yaxşı ayırd edə biləcəyinizə inanırıq.”

  Bu çevrilişə cəhd zamanı demokratiya və hüquq nizamına yiyə durmaq üçün şəhid olan qəhrəman silah yoldaşlarımıza, polis idarəsi mənsublarımıza və içində xeyli sayda gəncimizin də olduğu qədirbilən millətimizin qəhrəman övladlarına Ulu Allahdan rəhmət, dəyərli ailə üzvlərinə və yaxınlarına başsağlığı və səbr, bütün yaralılarımıza şəfa diləyirik.

  Türkiyə Silahlı Qüvvələrinin ən gənc əsgərindən tutmuş ən rütbəli generalına qədər bütün heyətiylə demokratik hüquq sistemi içərisində dövlətimizin və ali millitəmizin əmrində, vəzifəsinin başındadır.

  Zəfər hüququn üstülünlüyünə, demokratiyaya, əsil millətimizin ali dəyər və hədəflərinə inananlarındır.



Әlaqәli Xәbәrlәr