"Bu gün birlik vǝ hǝmrǝyliyǝ ehtiyacımız var"

Bu gün birlik vǝ  hǝmrǝyliyǝ ehtiyacımız  var. Bunu Ədalət və İnkişaf Partiyasının lideri və Baş nazir Binali Yıldırım  deyib.

532561
"Bu gün birlik vǝ hǝmrǝyliyǝ ehtiyacımız var"

Baş nazir Binali Yıldırım, Cümhuriyyǝt Xalq Partiyasının (CHP) lideri  Kamal Kılıçdaroğlu ilə Çankaya Köşkündə bir araya gəlib.

İki  lider arasında  baş tutan  görüşdǝn  sonra  tǝşkil edilǝn  mǝtbuat konfransınrda, CHP lideri  Kılıçdaroğlu: “Bǝzi  narahatlıqlarımızın  olduğunu Baş  nazirǝ  bildirdim. Xüsusilə  əmrǝ  itaǝt etmǝk  mǝcburiyyǝtindǝ olan  ǝsgǝrlǝrǝ  istiqamətli şiddət hadisələrinin doğru olmadığını, bunlarla bağlı  istintaq aparılmasının lazım olduğunu sǝslǝndirdim. Cəmiyyətdəki gərginliyi ǝl-ǝlǝ  verǝrǝk  aradan qaldırmaq vǝzifǝmizdir”.

Baş nazir Yıldırım da, 15 iyuldakı  hǝrbi  çevriliş  cəhdinin nəticələri haqqında Kılıçdaroğluna məlumat verdiyini ifadə edərək, müxalifǝtǝ tǝşǝkkürlǝrini  bildirib.  Bundan sonra daha tǝdbirli  olmağın lazım  gǝldiyini   ifadǝ  edǝn      Yıldırım,  bu  vǝziyyǝtdǝn su-istifadǝ  etmǝk istǝyǝn  tǝrhikçilǝrǝ   qarşı  etinalı   olunması, heç bir  imkan yaradılmaması, belǝ  xain  işlǝrǝ  cǝhd  edǝnlǝrǝ lazımlı  cavabın dǝrhal verilmǝsi   haqda   çağırış  edib.  Hüquq   çǝrçivǝsindǝ  lazımlı   tǝdbirlǝrin  görülǝcǝyini,  cinayǝtkarların ədalətə təslim ediləcəyini dǝ  sözlǝrinǝ   ǝlavǝ  edib. 

 

 

 

 



Әlaqәli Xәbәrlәr