Beynəlxalq aləmin Türkiyəyə dəstəyi davam edir

İyulun 15-də hərbi çevirilişə cəhdin qarşısını alan Türkiyəyə dünya ictimayyətinin dəstəyi davam edir.

532281
Beynəlxalq aləmin Türkiyəyə dəstəyi davam edir

İyulun 15-də hərbi çevirilişə cəhdin qarşısını alan Türkiyəyə dünya ictimayyətinin dəstəyi davam edir.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana Azərbaycan Prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Tereza Mey və NATO-nun baş katibi Yens Stoltenberq zəng edib.

Çevirilişə cəhdin qəbuledilməz olduğunu vurğulayan liderlər Türkiyə hökumətinə həmrəyliyini bildiriblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çevirilişə cəhdi qətiyyətlə pisləyərək həmkarına və Türkiyə xalqına səbr diləyib. İlham Əliyev xalqın səsiylə seçilən hökumətə dəstəyini ifadə edib.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani də xalqın seçdiyi hökumətə qarşı hərbi çevirilişə cəhdin qəbuledilməz hal olduğunu bildirib. İran preridenti hökumət və Türkiyə xalqı ilə həmrəy olduqlarını deyib.

Almaniya kansleri Angela Merkel də öz növbəsində hadisələri pisləyib və Türkiyə hökumətinin yanında olduqlarını bildirib.

Türkiyə xalqının seçdiyi hökumətə dəstəyini Böyük Britaniyanın Baş naziri Tereza Mey də nümayiş etdirib. Baş nazir Rəcəb Tayyib Ərdoğan və Türkiyə xalqını hərbi çevirilişə cəhdin qarşısını cəsarətlə aldıqlarına görə təbrik edib.

NATO-nun baş katibi Yens Stoltenberq isə vurğulayıb ki, quruma üzv bir ölkədə belə hadisələr yolverilməzdir və hərbi çecirilişə cəhdə icazə verilə bilməz. NATO-nun baş katibi seçkiylə hakimiyyətə gəlmiş rəhbərliyə tam dəstək olduqlarını bildirib.



Әlaqәli Xәbәrlәr