"Bəziləri çevirilişə cəhdə qarşı tədbirlərə qərəzli yanaşır", T.Bilgiç

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç hərbi çevirilişə cəhdin qarşısını almaq məqsədiylə həyata keçirilən qanuni tədbirlərə qərəzli yanaşanların həqiqətləri görə bilmədiklərini deyib

532480
"Bəziləri çevirilişə cəhdə qarşı tədbirlərə qərəzli yanaşır", T.Bilgiç

  “Dost, müttəfiq, tərəfdaş və beynəlxalq təşkilatların belə günlərdə ortaq dəyərlər zəminində Türkiyəni dəstəklədiyini görməkdən məmnunluq duyuruq. Lakin Türkiyəyə qarşı qərəzli mövqedə duranların həqiqəti qəbul edə bilmədiklərini də görür və bundan təəssüf hissi keçiririk”, -deyə Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.

  Türkiyənin dünyəvi, demokratik, hüquqi və konstitusiyalı dövlət olduğunu xatırladan Bilgiç bildirib ki, "Hərbi çevirilişə cəhdin arxasında Fəthullahçı Gülən Terror Təşkilatıdır. Vətəndaşlarımıza atəş açan, TBMM və digər dövlət təşkilatlarına xalqa məxsus təyyarə, tank və digər ağır silahlarla hücum edən sözügedən terror təşkilatı üzvləri qanun qarşısında cavab verəcək”.



Әlaqәli Xәbәrlәr