Türkiyədə çevirilişə cəhddən sonra əməliyyatlar davam edir

Türkiyədə çevirilişə cəhddən sonra Fətullahçı Terror Təşkilatına xidmət edən hakim və prokurorlara qarşı aparılan əməliyyatlar davam etdirilir.

531472

Hakim və Prokurorlar Ali Qurumu 80 nəfər yüksək məhkəmə üzvünün saxlanılmasına dair qərar verib. Bu şübhəlilərdən 30-u nəzarətə alınıb. Ankara Təhlükəsizlik orqanlarında saxlanılan şübhəlilərdən 2-si Konstitusiya Məhkəməsi, 4-ü Hakim və Prokurorlar Ali Məhkəməsi, 6-sı Kassasiya Məhkəməsi, 18-i isə Dövlət Şurasının üzvüdür.

Bir çox şəhərdə aparılan əməliyyatlarda nəzarətə alınan 100-dən çox hakim və prokurordan 83-ı həbs olunub.

22  hakim və prokuror haqqında ölkədən xaricə çıxış qadağası qoyulub, məhkəmənin nəzarət şərti ilə 1 hakim isə sərbəst buraxılıb.

Saxlanılan 88 hakim və prokuror haqqında tədqiqatlar davam etdirilir. Şübhəli hakim və prokurorlardan 42-si isə nəzarətə alınıb.

Әlaqәli Xәbәrlәr